“FİNCA Azerbaijan” Ağsuda 28 faizlə verdiyi krediti məhkəmə ilə alır - DETALLAR

Gündəm / Aktual
Bu gün, 10:28 15

“FİNCA Azerbaijan” Bank olmayan kredit təşkilatı (BOKT) Ağsu Rayon Məhkəməsində kredit götürən müştərisinə qarşı iddia qaldırıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, “FİNCA Azerbaijan” iki müştərisinə qarşı qaldırdığı iddia ərizəsində kredit borcu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib və cavabdehlərdən 3902 manat əsas, 1121 manat faiz, 56 manat cərimə borcu olmaqla, cəmi 5079 manat məbləğində borc və 71 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edib.

Belə ki, müştəri BOKT-dan illik 28 faiz dərəcəsi olmaqla 19 ay müddətinə 4000 manat məbləğində kredit götürüb.

Məhkəmə iddia tələbini təmin edib.

Qeyd edək ki, “FINCA Azerbaijan” BOKT bundan əvvəl müştərilərinə qarşı Şəmkir Rayon Məhkəməsində, Sabirabad Rayon Məhkəməsində, Ağdam Rayon Məhkəməsində və Xaçmaz Rayon Məhkəməsində iddia qaldırmışdı.