Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Hadisə
9-04-2022, 10:20 414

Ukraynanın Mariupol şəhərində gedən döyüşlər zamanı daha bir azərbaycanlı həlak olub.

Bu barədə mərhumun dostu Leonid Ostalsev məlumat verib.

Onun sözlərinə görə, Rafael Ağayev Ukrayna dəniz piyadalarının tərkibində Mariupolu müdafiə edərkən qəhrəmancasına həlak olub.