Saxlanılan şəxs özünü polis şöbəsində öldürdü - RƏSMİ

Hadisə
11-04-2022, 19:02 425
Saxlanılan şəxs özünü polis şöbəsində öldürdü - RƏSMİ


Baş Prokurorluq Yevlax Polis Şöbəsində baş verən intiharla bağlı açıqlama yayıb.

Prokurorluqdan verilən məlumata görə, aprelin 9-u saat 15 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə şübhəli şəxs qismində tutularaq Yevlax Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılan 1967-ci il təvəllüdlü İlham Əsgərovun saxlama kamerasında intihar etməsi barədə Yevlax rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.