Elman Rüstəmovun iş adamı olan xalası oğlu SAXLANILDI

Hadisə
13-04-2022, 12:12 152
Elman Rüstəmovun iş adamı olan xalası oğlu SAXLANILDI


Ötən gün Milli Məclisin qərarı ilə Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən çıxarılan Elman Rüstəmovun xalası oğlu Talıb Quliyev saxlanılıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, T.Quliyev qanunsuz əməllərinə görə hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində tutulub.

Qeyd edək ki, Talıb Quliyev Elman Rüstəmova məxsus olan "Planet" şadlıq sarayına da rəhbərlik edirdi.

"Unikal"