Məşhur müəllim imtahanı boykot etdi: - "Bu, mənim etiraz formamdır"

Hadisə
2-09-2022, 14:05 251


Rəqs videosu ilə məşhurlaşan müəllim Gülsüm Biləndərli sertifikasiya imtahanından 0 bal toplayıb.

Tereqqi.az xəbər verir ki, bu barədə özü Cebhe.info-ya açıqlamasında bildirib.

Müəllimin sözlərinə görə, o, imtahanda cəmi 1 dəqiqə iştirak edib və çıxıb:

"Bu, mənim etiraz formamdır, boykot şəkilimdir. İmtahana da daxil oldum, 1 dəqiqə əyləşdim və müşahidə elədim. Suallara da baxdım, çox sadə idi. Elə bir müəllim yoxdur ki, o sualları cavablandıra bilməyə. Məncə, aşağı bal alanların əksəriyyəti yaşlı müəllimlərdir. Çünki kompüterdən normal istifadə edə bilmirlər. Yoxsa, suallar həqiqətən çox sadə idi. Onu yaza bilməyən müəllim getsin, özünü öldürsün. Baxın, mən demirəm ki, imtahan keçirilməsin. Keçirilsin, bu yoxlanışa ikiəlli razıyam. Mənim etirazım buna deyil. Siz imtahandan çıxan müəllimlərin hərəkətlərini gördünüz? Bir müəllim ibtidai sinif həcmində tapşırıqları yerinə yetirib çıxıb küçədə hoppanıb düşməlidir? Guya o suallarda nə var idi? Müəllim bir obrazdır, onun cəmiyyətdə bir çəkisi olmalıdır, ondan örnək götürülməlidir".

Həmsöhbətimizin küskünlüyü iş yerini dəyişə bilməməsiylə başlayıb:

"Yola ayırdığım 3 saat vaxtda əlavə biliklərə sahib ola bilərəm. Məsələ budur və digər problemlərdir. Mən istəyirəm, müəllimlərə qarşı şərtləri yumşaltsınlar".