Yaralı hərbçimiz şəhid oldu - YENİLƏNİB

Hadisə
17-09-2022, 23:21 94
Yaralı hərbçimiz şəhid oldu - YENİLƏNİB


Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən ağır yaralanan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Qurbanov Yusif Asif oğlu sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, həkimlərimizin səyinə baxmayaraq Y.Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.

Şəhid olan hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Allah şəhidlərimizə rəhmət eləsin.

***21:36

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində yaralanan hərbçi Yusif Qurbanov şəhidlik zirvəsinə ucalıb.

Yaralı hərbçimiz bu gün müalicə aldığı hospitalda dünyasını dəyişib.

Bildirək ki, kiçik gizir Qurbanov Yusif Xüsusi Təyinatlı Qüvvələrə mənsub idi.

O, həmçinin 44 günlük Vətən müharibəsi iştirakçısı olub.