Gəncədə həyat yoldaşını öldürən şəxsə 10 il həbs cəzası VERİLDİ
Hadisə
28-11-2022, 23:05
164
![Gəncədə həyat yoldaşını öldürən şəxsə 10 il həbs cəzası VERİLDİ](https://azadmedia.az/uploads/posts/2022-11/1669661705_1669659407_1449649379_v-1-1.jpg)
Gəncədə həyat yoldaşını 6 bıçaqla qətlə yetirən şəxsə 10 ildən çox həbs cəzası verilib.
"Unikal"ın məlumatına görə, Gəncədə bu iyul ayının 8-də həyat yoldaşı Gülzar Həsənovanı altı bıçaqla qətlə yetirməkdə təqsirli bilinən 1985-ci il təvəllüdlü Şabanov Sabir Əli oğlunun növbəti məhkəmə prosesi keçirilib. Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədirliyi ilə keçirilən məhkəmə prosesinə yekun vurulub. Hakimin qərarı ilə S.Şabanov 10 il 6 ay müddətində azadlıqdan məhrum edilib.
Məlumat üçün bildirək ki, qətl qısqanclıq zəminində baş verib.