Dənizdə batan üçüncü şəxsin də meyiti tapıldı - YENİLƏNİB

Hadisə
24-07-2023, 20:02 398
Dənizdə batan üçüncü şəxsin də meyiti tapıldı - YENİLƏNİB


Fövqəladə Hallar Nazirliyi (FHN) Siyəzəndə dənizdə batan üçüncü yeniyetmənin meyitinin tapılması ilə əlaqədar olaraq məlumat yayıb.

Bu barəd Nazirlikdən məlumat verilib.

Bildirilib ki, ötən gün Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30km aralı, nəzarətsiz ərazidə batmış 3-cü şəxsin, 2006-cı il təvəllüdlü Bəşirzadə Rəvan Tacıəhməd oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***16:41

Siyəzəndə dənizdə boğulan 3 yeniyetmədən daha birinin meyiti tapılıb.

Siyəzən rayonu Zarat kənd sakini Manafov Mehdi Elgün oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan əvvəl isə Bakı şəhər sakini 17 yaşlı Nemət Əhmədovun meyiti dənizdən çıxarılıb.

Hazırda dənizdə boğulan üçüncü yeniyetmə Zarat kənd sakini Bəşirov Rəvan Hacıəhməd oğlunun axtraışları davam etdirilir.

***09:56

Siyəzəndə dənizdə boğulan yeniyetmələrdən birinin meyiti tapılıb.

Bakı şəhər sakini 17 yaşlı Nemət Əhmədovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

***00:09

Siyəzəndə dənizdə boğulan 3 nəfər yeniyetmənin kimliyi müəyyənləşib.

İyulun 23-ü axşam saatlarında Siyəzənin Zarat kəndi yaxınlığında dənizdə boğulanlar axtarışları davam etdirilir. Dənizdə boğulanlar Zarat kənd sakinləri 16 yaşlı Manafov Mehdi Elgün oğlu, 17 yaşlı Bəşirov Rəvan Hacıəhməd oğlu və Bakı şəhər sakini 17 yaşlı Əhmədov Nemət Əbdül oğludur.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışları davam etdirir.

22:13

Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə bir neçə nəfər batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazi) 3 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.