Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın başladı

Hadisə
1-11-2023, 19:30 1 401
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın başladı


Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmisində yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.