İdmançı xanım 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət etdi: "Kömək edin, məni şantaj edirlər, özümü öldürmək həddindəyəm!!" VİDEO
İdman
12-03-2022, 15:05
320
Teref.az-ın poçtuna daxil olan şikayət ərizəsini təqdim edirik:
Azərbaycan Respublikasının 1-ci vitse prezidenti Mehriban xanim Əliyevaya
Sürəti: Azərbaycan Respublikasi baş prakuroru cənab Kamran Əliyeva
Sürəti:Azərbaycan Respublikasi Daxili işlər naziri cənab Vilayət Eyvazova
Sürəti: Ombudsman Səbinə xanım Əliyevaya
Baki şəhəri S.S Axundov kuçəsi 42/2 mənzil 191 ünvanında yaşayan
Azərbaycan Fitness Bikini üzrə respublika çempionu Cəfərova Lalə
Mikayıl qızı
Şikayət Ərizəsi
Hörmətli Mehriban xanım Əliyeva və səlahiyyətli nümayəndələri.
Mən Verso fitness mərkəzində Respublika çempionu olduğum bodybuilding
sahəsi üzrə fitness dərsləri keçirəm.
Mənim xeyli sayda tələbəm var.
Ölkədə bir idmançi xanim olaraq idman şərəfini qaldirmağa çalışırdım.
Mənim bu qədər uğur və hörmətim bəzilərinin xoşuna gəlmədi. Bu
məqsədlə 22.01.2022 tarixinde instaqram sosial şəbəkəsində fake
profildən video göndətməklə 4 (dörd min) manat pul tələb etdilər.
Verməyəcəyim halda məni sosial şəbəkədə ifşa edəcəyi ilə şantaj
etdilər. 08.03.2022 tarixində özünü bloger adlandıran Cəmil Quliyev öz
instaqram sosial şəbəkəsində bu videonu paylaşdı. Halbu ki, mənim
əxlaqsız davranışım olmayıb. Cəmil Quliyev haqqimda yazdığı və
paylaşdığı video görüntülərlə, ətrafımda olan insanları məndən
uzaqlaşdırmağı bir kənara dursun, onun hərəkətləri mənim ailəmin
daxilində də ciddi problemlərə yol açdı.
Atam anamla ciddi mübahisələr edir, bacımın nişanı baş tutmadı. Səbəb
isə mənim günahsızlığımı sübut ede bilməməyim oldu.
Cəmil Quliyevin bu addımı mənim gələcək ailə həyatıma şərəf və
ismətimə ağır zərbə oldu. İdmançi kimi imicim zədələndi. Sosial
şəbəkəmdə 35000 mindən artiq izləyicilərim eləcədə Cəmil Quliyevin
minlərcə izləyiciləri və.s məni etmədiyim günaha görə alçaldıcl
şəkildə təhqir etdilər.
Hörmətli Mehriban xanim!
Çox xaiş edirəm ki, mənim hər tərəfli imicime vurulan bu ağır zərbəni
üzərimdən götürülməsinə Cəmil Quliyev kimi Böhtançıların
cəzalandırılmasına şərəfimin qorunmasına bir qadın kimi kömək etmənizi
xaiş edirəm.
Onuda qeyd etmək istəyirəm ki, haqqimda olan böhtan kampaniyasının
iştirakçıları və idarəçiləri laiqli cəzasını almazsa mən həyatıma son
qoymağı və adıma vurulan ləkəni qanımla təmizləməyi düşünürəm.
Lalə Cəfərova Mikayıl qızı.