Daha bir nazirə yeni vəzifə verildi

İdman
14-04-2022, 09:28 210


Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyevə Beynəlxalq Cüdo Federasiyasında (İJF) yeni vəzifə verilib.

O, ali cüdo qurumu nəzdindəki Yeni Texnologiya və Yüksək Keyfiyyət Komissiyasının sədri təyin olunub.

Komissiya daha yüksək nəticələrə imkan yaratmaq üçün müasir texnologiyalar, onların idmançıların mənafeyi naminə uyğunlaşdırılması və tətbiqi ilə məşğul olacaq.

Komissiyanın direktoru gürcüstanlı idmançı, məşqçi və menecer kimi cüdoda iş təcrübəsinə malik David Kevxişvili olacaq.

Sədr və direktor cüdonu inkişaf etdirəcək, bu növün inkişafına yardımçı olacaq, onu idmançıların fərdi irəliləyişi, elə də cəmiyyətin xeyrinə müasir vasitə kimi inteqrasiya etdirəcək.

Qeyd edək ki, Rəşad Nəbiyev ACF prezidenti vəzifəsinə 2021-ci il noyabrın 1-də seçilib.