Azərbaycan boksçusu Avropa çempionu olub
İdman
21-04-2022, 13:59
263
Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa birinciliyində final döyüşlərinə start verilib.
Çempionluq uğrunda mübarizədə rinqə ilk olaraq Azərbaycan millisinin üzvü Kənan Babayev çıxıb.
Türkiyəli Telet Yağlı, gürcüstanlı Oruc Əhmədov və irlandiyalı Tedi Coysu məğlub edən ölkə çempionu final döyüşündə polşalı Nikolas Marsel Pavliklə qarşılaşıb. 48 çəki dərəcəsində baş tutan görüş təmsilçimizin inamlı qələbəsi ilə yekunlaşıb. Uğurlu seriyasını davam etdirən Babayev bu dueldən də qalib ayrılıb – 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28).
Bununla da Kənan qitə birinciliyinin qızıl medalına sahib olaraq Avropa çempionu tituluna yiyələnib.
Beləliklə, Azərbaycan yığması 40 ölkədən 400-dən çox boksçunun qatıldığı Avropa birinciliyində çıxışını 1 qızıl və 1 bürünc medalla başa vurub. Babayevdən öncə Amin Məmmədzadə (51 kq) 3-cü yeri tutub. //report//