Tanınmış teleaparıcıdan Musa Qurbanlı ilə bağlı maraqlı açıqlama verdi - Video

İdman
22-04-2023, 23:13 815
Tanınmış teleaparıcıdan Musa Qurbanlı ilə bağlı maraqlı açıqlama verdi - Video

Son vaxtlar Azərbaycan futbolunun gündəmində olan mövzulardan biri də Musa Qurbanlının İtaliya "Torino"suna keçidi ilə bağlı yayılan xəbərlər idi.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu xəbərlərin düzgün olmadığını bildirdi.

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov deyib ki, Musa Qurbanlının İtaliya mediasında dərc olunan transfer xəbərləri həyəcan verir:

"Əlbəttə, hər birimiz futbolçularımızın legioner həyatı yaşamağını çox istəyirik. Milli komandamızın inkişafı baxımından bu, çox vacibdir. Musa ölkə futbolunun gələcəyi naminə önəmli fiqurdur. Onun mövqe seçimi, fiziki mübarizliyi, qolu hiss etmə bacarığı çox diqqət çəkir. Hazırda skoutların onu izləməsi heç də təəccüb doğurmamalıdır.

Əldə etdiyimiz özəl xəbəri diqqətinizə çatdırım. Musa Qurbanlı gələn mövsüm Türkiyə Super Liqa təmsilçilərindən birinin formasını geyə bilər. Çünki bir neçə klubun diqqət mərkəzindədir".