Kim kiminlə düşdü? - DÇ-2026-nın püşkünün nəticələri
İdman
13-12-2024, 19:41
1 161
Xəbər verdiyimiz kimi, DÇ-2026-nın seçmə mərhələsinin püşkü atılıb.
Püşkatmada Azərbaycan millisinin rəqiblərinin də adına aydınlıq gəlib. Millimiz 4 komandalı qrupa düşüb. D qrupunda millimizin rəqibləri Millətlər Liqasında Fransa - Xorvatiya cütünün qalibi, Ukrayna və İslandiya komandaları olub.
Türkiyə millisi E qrupunda İspaniya/Niderland cütünün qalibi, Gürcüstan və Bolqarıstanla birgə mübarizə aparacaq.
Digər nəticələr fotodakı kimidir:

