Müzəffər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev!
Mətbəx
29-05-2023, 19:15
6 412
Siz 25 mayda Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasında iştirak edən dövlət başçıları qarşısında növbəti dəfə Ermənistan baş nazirinin söylədiyi yalanları və əsassız ittihamları ifşa etdiniz, erməni dövlətinin rəhbərinə “siyasət” və “diplomatiya” dərsi keçdiniz, Azərbaycanın milli maraqlarının müdafiəsi və təmin edilməsi nöqteyi-nəzərdən daha bir qələbəyə imza atdınız. Bu münasibətlə bütün Azərbaycan xalqını bir daha təbrik edirəm. Sizin hər bir qələbəniz, hər bir uğur və nailiyyətiniz, heç şübhəsiz, Azərbaycan xalqının uğuru və onun əbədi xoşbəxt mövcudluğunu təmin edən mühüm töhfədir.
Sizi Müstəqillik Günü – 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etməsi, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirməsi münasibətilə təbrik edirəm. Eyni zamanda, 20 ailədən (97 nəfər) ibarət Laçın sakinlərinin birinci qrupunun Müstəqillik Günü ərəfəsində öz doğma şəhərinə qayıtması da məhz Sizin rəhbərliyinizlə müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində əldə etdiyi Böyük Qələbənin göstəricilərindən biri, Sizin həyata keçirdiyiniz siyasətin Azərbaycan xalqının xoşbəxt gələcəyi üçün alternativi olmamasının bariz nümunəsididir.
Bir daha bəyan edirik ki, “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” ictimai birliyinin hər bir üzvü İlham Əliyev siyasətini hər zaman dəstəkləyir və Ali Baş Komandanın əmri ilə istənilən an ön sıralarda Vətənimizin müdafiəsində, quruculuğunda və inkişafında dayanıb, dayanır və bundan sonra da dayanacaq.
Müzəffər Prezident! Sizi Azərbaycanın Müstəqilliyi Günü, Moskva qələbəsi və Laçın sakinlərinin birinci qrupunun öz doğma şəhərinə qayıtması münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə sarsılmaz can sağlığı, bundan sonrakı fəaliyyətinizdə yeni Zəfərlər arzu edirəm.
Hörmətlə,
Etibar Məmmədov
“Mədəniyyətin və Milli Ənənələrin Təbliği” ictimai birliyinin sədri