Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Ölkə
11-02-2022, 20:04 90
Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6603 yeni yoluxma faktı qeydə alınıb, 6347 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

10 Fevral 2022-ci il tarixində 7632 yoluxma faktı və 24 ölüm qeydə alındığı açıqlanmışdı. 09 Fevral 2022-ci il tarixində açıqlanmış fakt (7779) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayıdır.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41364 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2877, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1902, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 36585 nəfərdir.