Müğənni İlhamə “Bolt Food”u fırıldaqçılıqda ittiham etdi - "Atanın şirkətidir?"

Şou Biznes
11-02-2022, 16:46 222

Müğənni İlhamə Qasımova Azərbaycanda fəaliyyət göstərən “Bolt Food” yemək çatdırılma xidmətindən şikayət edib.

Tereqqi.az KONKRET.az-a istinadla xəbər verir ki, bu barədə o, instaqramda yazıb.

Qasımova xidməti fırıldaqçılıqda ittiham edib:

““Bolt Food” təzə fırıldaq edir. Guya nağd satışda kuryer şirkətə pulu vermir, bunlar da müştəri üçün borc yazır. Ok, bəs kuryerdən soruşan yoxdur ki, sən pulu almadınsa, yeməyi niyə verdin, atanın şirkətidir? Sonra müştəriyə də yazırlar ki, kuryer pul ödəməyib, ona görə borcunu ikinci dəfə ödə. Gözlə… Yaxşı ki, kart hesabı yazılmayıb, yoxsa ona da çarə edərdilər”.

Müğənni izləyicilərini “Bolt Food”dan sifariş verməməyə çağırıb.