Keçmiş KOBİA rəhbəri yüksək vəzifəyə təyin edilir?- İDDİA

Siyasət
Bu gün, 14:52 21
Keçmiş KOBİA rəhbəri yüksək vəzifəyə təyin edilir?- İDDİA
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikası İnvestisiyaların və İxracın Təşviqi Agentliyi – AZPROMO publik hüquqi şəxsləri əsasında İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi yaradılıb.

Yaradılan yeni agentliyin rəhbərinin kim olacağı da hazırda ciddi müzakirə mövzusudur.

Bu xüsusda Editor.az-ın əldə etdiyi məlumata görə, KOBİA-nın keçmiş İdarə Heyətinin sədri Orxan Məmmədov daha yüksək vəzifəyə irəli çəkiləcək.

İddialara görə, O.Məmmədovun olduqca geniş spektri əhatə edən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) publik hüquqi şəxsə icraçı direktor təyin ediləcəyi gözlənilir.

Ekspertlər bildirirlər ki, Orxan Məmmədovun rəhbərliyi dövründə KOBİA-da həyata keçirilən uğurlu islahatlar və sahibkarlığa dəstək mexanizmləri onun daha strateji vəzifəyə irəli çəkilməsinə məntiqi əsaslar yaradır.