Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Sosial
10-02-2022, 19:48 192
Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 7632 yeni yoluxma faktı qeydə alınıb, 5 797 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

09 Fevral 2022-ci il tarixində 7779 yoluxma faktı və 28 ölüm qeydə alındığı açıqlanmışdı. 09 Fevral 2022-ci il tarixində açıqlanmış fakt (7779) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayıdır.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43027 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3145, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2039, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 37843 nəfərdir.