Yaxın günlərdə Media Reyestri fəaliyyətə başlayacaq
Sosial
12-10-2022, 11:47
172
![Yaxın günlərdə Media Reyestri fəaliyyətə başlayacaq](http://azadmedia.az/uploads/posts/2022-10/1665559876_1665559369_16390382792361823214_1000x669-1.jpg)
"Yaxın günlərdə Media Reyestri tam fəaliyyətə başlayacaq".
Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.
O xatırladıb ki, ötən gün Baş nazir Əli Əsədov “Jurnalist vəsiqəsinin forması”nın və “Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə Qaydası”nı təsdiq edib:
“Bununla da islahatların normativ-hüquqi bazası təmin edilmiş oldu. Normativ-hüquqi baxımdan yalnız uyğunlaşdırılmalı olan sənədlər var ki, bunun üzərində də işlər aparılır”.