Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.

Sosial
30-04-2024, 16:59 477

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov  “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib. 
Şahin Bayramov bununla bağlı sosial media hesabında paylaşım edib.
 Paylaşımda deyilir : Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilmək qürurvericidir.
Fəaliyyətimizə verdiyi yüksək qiymətə görə Möhtərəm Prezidentimizə sonsuz təşəkkürümüzü bildiririk.
Yubiley medalını Ulu Öndərimizin zəngin irsinin öyrənilməsi və təbliği sahəsində Mingəçevir Dövlət Universiteti (MDU) ailəsi üzvlərinin birgə əməyinə verilən yüksək qiymət olaraq dəyərləndiririk.
Yubiley medalı ilə təltif olunan bütün həmkarlarımızı təbrik edirik!