Ulu öndər Heydər Əliyevin vəfatından 21 il ötür.
Sosial
11-12-2024, 19:33
260

Ümummilliliderin 101 illiyine ithaf olunur.
Artıq 21 ildir ki, müasir, müstəqil AZƏRBAYCANIN memarı, qədirbilən Xalqımızın xilaskarı aramızda yoxdur, lakin o, öz universal və uzaqgörən, hər dövür üçün aktual olan siyasəti ilə, daim xalqı, qurduğu dövləti üçün və xalqının ürəyində yaşayacaqdır.
Bu ildə Xalqımızın ümummillilideri Heydər Əliyevin anım günü münasibətilə bir sıra
tədbirlər keçiriləcəkdir. Məhz buna görədə böyük qürur hissi ilə qeyd edirəm ki, 1993- 2003 cü illərdə müstəqil Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir! Ümumiyyətlə ölkəmizdə dövlət quruculuğunun, iqtisadi dirçəlişin, siyasi şüurun, siyasi həyatının son 30 ildən artıq bir dövrünü əhatə edən zamanı, böyük siyasi xadim kimi tanınan, dərin zəkaya,geniş və uzaqgörən dünyagörüşünə malik olan tarixi şəxsiyyətin,ümummillilider Heydər Əliyevin adı əməli fəaliyyəti ilə, gerçəkləşdiyi konkret işlərlə bağlıdır.Həmin mürəkkəb proseslər isə bu dahi şəxsiyyətin əməli fəaliyyətində, eyni zamanda fəlsəfi məfkurəsində və milli dirçəliş fəlsəfəsində öz əksini tapmışdır. Qeyd edərdim ki, xilaskarımız Heydər Əliyevin sayəsində milli mənəvi dəyərlərimiz, kökümüz özümüzə qayıtdı və 1993–2003–cü illər tariximizə proqres dövrü kimi yazıldı.Həmin
çətin günlər görmüş, yaşamış və yaddaşımnan unudulmayacaq vaxtlara qısa olaraq qayıtmaq istəyirəm,xatirimdədir
ölkəmiz müstəqilliyini yeni bərpa etmişdi və hakimiyyət böhranı pik həddə idi 1993cü ilin yay aylarında Azərbaycan vətəndaş müharibəsinin astaasına çatmışdı.Əsrin fenomen şəxsiyyəti Heydər Əliyevin zəkası bütün sədləri aşaraq və qarşıya çıxan heç bir çətinliyə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxardı, ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırdı.Qürur hissi ilə yazıram ki, xalqımızın ümummilli birliyinin qorunmasın-da qətiyyətli rəhbər, xilaskarımız,dahi insan Heydər Əliyev uzaqgörənliyinin iradəsi öz böyük gücünü göstərdi.Belə ki, iyul ayının 20-i 1990-cı il tarixdə xalqının istəyi ilə paytaxt Bakı şəhərinə qayıdan ulu öndər Heydər Əliyev iki gün sonra Naxçıvana yola
düşdü, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib.Daha sonra isə 1991-ci il sentyabr ayının 3-də ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.Bu vəzifədə o, 1993-cü ilə kimi işləmişdir.Dahi insan Heydər Əliyev 1992-ci il noyabr ayının 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçildi və 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi, xaos və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Xalqımız yekdilliklə ulu öndər Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürmüş və Azərbaycanın o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olmuşdur.Ulu öndər Heydər Əliyev 1992-ci
ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında yekdilliklə partiyanın sədri seçilmişdir.Bu dahi şəxsiyyətin təcrübəsi və siyasi peşəkarlığı sayəsində Yeni Azərbaycan Partiyası ölkənin ən böyük siyasi qüvvəsinə çevrilmişdir.YAP-n üzvü, aktivi, 2005 ci ildən isə YAP Saatlı rayonu 15 saylı ƏPT-n sədri olaraq, qədirbilən xalqımızın ziyalılarının həşəbbüsü, xalqının tələbi ilə YAP-nın ulu öndər Heydər Əliyevin ətrafında yaradıldığının, Heydər Əliyevin siyasi təcrübəsi, bilikləri, xalqı qarşısında göstərdiyi xidmətlər, bütün siyasi fəaliyyəti dövründə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdiyinin canlı şahidiyəm.Həqiqətən- də xalqının və dövlətinin xilaskarı olan Heyər Əliyev kimi nəhəng, uzaqgörən siyasətçi hər xalqın, dövlətin taleyinə
yazılmır, məhz buna görə də düşünürəm ki, bu dahi insan, şəxsiyyət haqqında yazı yazarkən, fikir söyləyərkən çox diqqətli və məsuliyyətli olmaq lazımdır.
Özümü dərkim, gəncliyim bu dahi şəxsiyyət-in insanın ikinci dəfə müstəqil və müasir Azərbaycanı yenidən qurması dövrünə təsadüf etdiyi üçün özümü xöşbəxt sayıram.Bir çox insanlar hələ kiçik yaşlarından özünə ideal seçir,yəni onun kimi olmağa, ona oxşamağa çalışır. Mən mübaliğəsiz qeyd etmək istəyirəm ki, ulu öndər Heydər Əliyev Allahın Azərbaycana, xalqın işıqlı sabahı,firavan gələcəyi naminə qismət etdiyi bir sönməz ümid idi.Belə bir söz var; insanda ən son öləndə elə ümiddir. Məhz 1993 –cü ildə Heydər Əliyev Azərbaycanda ölmüş ümidi yenidən diriltmək, ona can vermək üçün xalqın çağırışına cavab verdi.O vaxtkı səriştəsiz, yarıtmaz hakimiyyətin çoxsaylı xahişlərini
nəzərə alaraq Azərbaycanı uçurumdan qurtarmaq üçün Bakıya gəldi və siyasi fəaliyyətə başladı.Qısa müddət ərzində siyasi arenada öz ağır və samballı çəkisi ilə Azərbaycanın xeyrinə dönüş yaradan Heydər Əliyev həm daxili və həmdə xarici siyasətdə nəzarəti tam olaraq ələ aldı. Xatirimdədir,Ulu Öndər Azərbaycana ikinci qayıdışından sonra siyasi fəaliyyətə (o vaxtkı daxili hərc-mərcliyə,özbaşınalığa son qoymaq üçün) Gəncə şəhərindən və cəbhə bölgəsindən başladı.Dünyanı idarə edən bütün iqtisadi və hərbi baxımdan güc dövlətlərinin maraqlarını Azərbaycana cəlb etdi,elə 1993 –cü ildə düşməni atəşkəs müqaviləsini bağlamağa məcbur etdi. Beləliklə ölkə daxilindəki siyasi qarışıqlıq,xaricdən böyük dövlətlərin Respublikamıza təziqinin ardı,arası kəsilməyən bir vaxtda bu dahi insanın, Ulu Öndərin 1994 –cü ildə Bakı şəhərinə
dünyanın bütün güc dövlətlərini yığaraq "Neft kontraktının” bağlanmasını təmin və təşkil etdi.Bununlada Azərbaycanda sabitliyin, iqtisadi inkişafln və əhalinin sosial rifahının yaxşılaşdırıl-masının əsası Heydər Əliyev tərəfindən qoyuldu.Qürurla qeyd edirəm ki, özündən əvvəl vətənini və millətini düşünən, bütün dünya liderlərinə nümunə olan bir dahi şəxsiyyəti, vətəninin, xalqının xilaskarı, ümummilliLider Heydər Əliyevi mən özümə ideal seçdim.Müasir və müstəqil ölkəmiz, Azərbaycan mənim və bütün Gənclərimizin idealı Heydər Əlirza oğlu Əliyevin şah əsəridir!
Nəhayət qədirbilən xalqının məhəbbətini qazanmış dahi şəxsiyyət, həmişə yaşar lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında xilaskar və qurucu dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır!
Xüsusilə vurğulamaq istəyirəm ki, idalım Ulu öndər özündən sonra da xalqı və min-
bir əziyyətlə qurduğu dövləti, müstəqil AZƏRBAYCAN üçün elə bir siyasi-kurs qoydu ki, daim bu kursla ölkəmiz ictimai-siyasi sabitliklə, bütün sahələrdə yüksək proqreslə davam edərək bölgənin və dünyanın lider dövlətinə çevriləcəkdir. Baxın,ulu öndər Heydər Əliyev dühasının, şəxsiyyət kimi dahiliyinin sübutuda budur!
Sevindirici hal odur ki, soydaşlarımızın Böyük Qayıdışı artıq reallığa çevrilir.Kədərli hal budur ki, bu dahi şəxsiyyət, xalqının xilaskarı, dövlətinin memarı Ulu öndər Heydər Əliyev 21 ildir ki, aramızda yoxdur, lakin xalqımızı rahat və arxayın edən isə onun siyasi kursunun yaşaması, ən layiqli davamçısı və siyasi-varisi Prezident İlham Əliyevin bu kursu uğurla yürütməsidir. Əminliklə söyləmək olar ki, ulu öndərin, ən qiymətli sərvətimiz olan ictimai-siyasi sabitliyə hesablanmış siyasi-kursu ilə ölkəmiz bundan sonra da inkişaf edəcək,
bütün sahələrdə möhtəşəm uğurlara imza atacaqdır.
Ruhu şad olsun.
Saatlı.
UNEC-n məzunu
Vüqar MƏMMƏDOV.