Şəhid anasının ev istəyi nə zaman həllini tapacaq?
Video / Seçilmişlər
17-03-2025, 15:30
1 082

Daha bir şəhidimizin məzarı tapıldı 30 il əvvəl itkin düşmüş şəhidlərimizin axtarışı ilə bağlı prezidentimiz İlham Əliyevin tapşırığına əsasən, aparılan tədbirlər nəticəsində, yüzlərcə ailəyə onların məzarlarının tapılması ilə əlaqədar böyük rahatlıq bəxş etmişdir.
Onların biri də Şabran şəhərində doğulmuş Mirzəyev Rahib Ağaseyid oğlunun ailəsi oldu. Gəncə şəhəri qəbirstanlığındakı naməlum məzarlarda uyuyan igidlərin kimliyi müəyyənləşdirilərkən, onlardan biri Birinci Qarabağ Müharibəsi şəhidi Rahib Mirzəyevdir.
Nəşi Şabrandakı Şəhidlər Xiyabanına köçürülən Rahib Mirzəyev 1971-ci ildə doğulmuşdu. Birinci Qarabağ Müharibəsi zamanı, ali təhsilini yarımçıq qoyaraq, müharibəyə könüllü getmişdir.
1982-ci ildə Ağdərə savaşında ağır yaralansa da, müalicə başa çatar-çatmaz yenidən cəbhəyə, ön xəttə qayıdıb. Sonuncu dəfə Murovdağ uğrunda gedən döyüşlərdə iştirak edib.
1994-cü il fevralın 11-də onun itkin düşməsi ilə bağlı məlumat verilib.
Şəhidin anası Mahirə xanımla üzücü söhbətimizi sizə təqdim edirik: