SU TƏSƏRRÜFATI VƏ MELİORASİYA ASC, MƏMMƏDOVLARIN ÖZƏL MÜƏSİSSƏSİDİRMİ???

Aktual / Seçilmişlər
18-05-2022, 15:30 703

CAHAN və MƏMMƏD MƏMMƏDOVLARIN TÜKƏNMƏYƏN SAXTAKARLIQLARI.
Cahan Məmmədov ,Məmməd Məmmədovun yaxın qohumu əmisi olmaqla yanaşı eyni zamanda dövlət əmlakınını mənimsəmə,israf etmə və biznes şərikidir.
Məmməd Məmmədov Tovuz rayon icra hakimiyyəti başcısı vəzifəsinə təyinat alana qədər "AZƏR KİMYA" MMC-nin direktoru olub.Sözün əsl mənasında Kənd Təsərrüfatı nazirliyinə ,fermer və pay torpaq sahiblərinə "sırıq" cəkib.lakin bunlarla bərabər dövlət əmlakını və büddcə pullarını da yan buraxmayıb.
Məmməd Tovuz rayonuna Cahan Məmmədovun və İlyas İsmayılovun vasitəsi ilə başcı vəzifəsinə gətrilir.Şüphəsiz ki Məmmədi Tovuz rayon icra hakimiyyətinə başcı vəzifəsinə namizədliyini irəli sürən oliqarx-dövlətimizə düşmən kəsilən şəxslər elə baş-bəzəyi vurublar ki,Məmmədə verilən "Zəhər-kübrə Mammed" ləqəbinin xalq tərəfindən verilməsini də söyləməmişlər.Məmməd Məmmədovun aqrar sahədə törətdiyi cinayətlər sayılıb qurtarmayan saysız- hesabsız qanunsuz əməllərdir.Xüsusi ilə mineral kübrələr sahəsində etdiyi saxtakar əməlləri araşdırsaq 2009 -cu ildən ,2016 -cı ilə qədər illər ərzində fermer və torpaq sahibləri adına qanunsuz yolla silinən kübrə Respublikanın bütün əkərə sahələrinə səpilsəydi bu zaman ,həmin ərazilər 4-sm kübrənin altında qalmış olardı.
Məmməd Məmmədova bu qanunsuz gəlir o,qədər ləzzət edir ki,sonda "AZƏR KİMYA" MMC-nin postunu başqa şəxsə vermək istəmir və barlar kralı, əyyaşlıqı özünə fəxr hesab edən oglu Rəhman Məmmədova deyir ki,ay qardaş gəl otur mənim yerimdə postda."AZƏR KİMYA"-nın direktoru ol.Rəhman isə atası Mammedin törədə bilmədiyi cinayətləridə edir və dövlət əmlakını mənimsəyir.
Rəhman Məmmədova baxanda, Məmmed haqqı tapdanan vətəndaşlar tərəfindən atasına qisməndə olsa "rəhmət" qazandırır.
Cahan Məmmədovun "ASC" əməliyyatları!
Cahan Məmmədov "Araz boyu" sahillərin tikinti materialı olan qum və qrabel ehtiyyatlarını istehsal etmə məqsədi ilə10-la ( onlarla) koryeri ayrı-ayrı adamların adına təsis etdirir cayın mühafizə zolagını pozmaq və zədələməklə onlarən istehsa fəaliyyətlərinə sponsor və sahiblik edir.
"Araz" cayının gildən təmizlənməsi adı altında həm ziyarət ,həmdə ticarət edir.
Saatlı rayonun Əlsoltanlı kəndi yaxınlıgında ,"Araz" cayının mühafizə zonasında iki qum istehsalı koryeri fəaliyyət göstərir ki bunlarda Cahan Məmmədovun bacısının qızının həyat yoldaşıMəmmədov Rafiz Rafiq ogluna məxsusdur.Cayın gildən təmizlənməsi adı altında fəaliyyətdə olan istehsalcılar dövlət xəzinəsindən ayrılan vəsaitlər əsasında maliyyələşdiyi halda ,nəzərdə tutulmuş iş prinsipini pozaraq qum istehsal edir satır,sahil bərkidmə işləri görmür və mədən vergisi və mədən bəyənnaməsi təqdim etmədən fəaliyyət göstərir.Mədən vergisini Yerli özünü idarə etmə orqanları 2021 ci ilin Dekabr ayının 31-nə kimi yıgmalı oldugu halda , mədən vergisi və mədən vergi borcundan yayınıb və ödəmək istəmir.
Hər gün 50-60 kamaz qum- tikinti materialını müvaffiq qadagalar olmasına baxmayaraq Cahan Məmmədovun yeznəsi paytaxdan və digər rayonlardan gələn maşınlara satır.
Məmmədov Cahanın qanunsuz hərəkətləri ilə baglı məsələyə aydınlıq gətirməsini istəsək də mövqeyini bildirmədi.
Lakin Su Təsərrüfatı və Meliorasiya ASC-nin sədrinin köməkcisi Cahangir adlı şəxs telefonu acaraq "Əhməd haradadır?" filimində ki,kimi qısa cavab verdi. Cahan Məmmədovda məşguldur,məndə məşgulam söylədi.
Mövzuya yenidən qayıdacagıq.
Mürşüd Mirzəyev.