Legioner limitini pozdular, texniki məğlubiyyət aldılar

İdman
23-12-2025, 13:27 6 318
Legioner limitini pozdular, texniki məğlubiyyət aldılar


Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən “Zaqatala” komandasına texniki məğlubiyyət verilib.

Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna bölgə təmsilçisinin XI turda, MOİK-lə matçda legioner limitini pozması səbəb olub.

0:3 hesablı texniki məğlubiyyət alan “Zaqatala” 1200 manat cərimələnib.

Qeyd edək ki, qarşılaşma MOİK-in 3:1 hesablı qalibiyyəti ilə bitib.