Şabran rayon Təhsil Şöbəsinin müdiri Emin Mövsümov əmək müqaviləsinin şərtlərini pozub müəllimləri istismar edir-İDDİA
Aktual / Seçilmişlər
Bu gün, 10:14
13

Redaksiyanın elektron ünvanına adlarının çəkilməsini istəməyən müəllimlər müraciət edib. Müraciətdə bir qrup müəllim işlədikləri məktəbin rəhbərliyi tərəindən haqsızlığa uğradıqlarını bildiriblər. Onların sözlərinə görə, Şabran rayon Məmədağa Nəzərov adına 4-sayli tam orta təmayüllü məktəbin direktoru müəllimlərlə əmək müqaviləsi bağlamadığı verilən məlumatlar sırasındadır. Digər məktəblərdə işləyən müəllimlər öz məktəblərində dərsləri olduğu halda gəlib təmayül məktəbində ders deyirlər. Qeyd edək ki, verilən məlumata görə, Təmayül məktəbində İngilis dili müəlliməsi dərsə gəlmir. Bu azmış kimi deyir ki, mən təmayül məktəbində işləyirəm. Amma İngilis dili müəlliməsi əmək müqaviləsi olmadığına görə Ağaliq məktəbinə getmir.

Rəsmi müqavilələri Ağalıq məktəbi ilə olduğu halda sektor müdiri Emin Mövsümov vəzifəsindən sui-istifadə edərək müəllimləri təmayül məktəbində işləməyə məcbur edir. Bu isə rəsmi şəkildə müəllimlərin iş fəaliyyətinə müdaxilə və təzyiqdir. Həmçinin vəzifə mövqeyindən sui-istifadə edib müəllimlərin əməyini istismar eləməkdir. Bu istiqamətdə Jurnalist araşdırması davam edir.
Qarşı tərəin yazıya münasibətini dərc eləməyə hazırıq.