Səfərbərlik Xidməti 46 min manatlıq gül alır - Nigar Seyidzadə satacaq...

Aktual
Bu gün, 15:53 11

Sərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.
Tender müsabiqəsinin qalibi fərdi sahibkar Seyidzadə Nigar Rza qızı (VÖEN – 1505832932) olub.
Qeyd edək ki, tender müsabiqəsi təbii güllərin və çiçək kompozisiyalarının satın alınması ilə bağlıdır. Dövlət Xidməti satın alınacaq güllər üçün Nigar Seyidzadəyə 46 min 400 manat ödəyəcək./Yeniavaz/