Prezident İlham Əliyev müdrik Lider, qalib Ali Baş Komandan və nəhayət böyük Strategdir!
Cəmiyyət / Seçilmişlər
20-07-2024, 12:30
2 845

Çəkilən bu fotolar Avropada bəzilərinin gözünün götürmədiyi, daim heç kimnən asılı olmadan, öz sərbəst və müstəqil siyasətini yürüdən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevi əks etdirən gözəl görüntülərdir.Belə ki, burda Zəfər qazanmış Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx toplanan Prezidentlər Liderimizin işığına yığışıblar.Bunun səbəbi isə artıq bütün dünyaya aydındır.
Baxın, bu Şanlı Zəfərimiz daim Xalqımızı öz Lideri İlham Əliyevlə qürurlandıracaqdır.Qürurla qeyd edirəm ki, keçən hər- bir il qədirbilənxalqımızın öz seçimində yanılmadığını təsdiqləməkdədir.Əsrimizin lideri, Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev bu 21 ilə yaxın bir zamanda ölkəmizi həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən güclü-qüvvətli, bir sözlə dünyada sözü keçən dövlətə çevirdi.
Deyərdim ki,elə bu güc sayəsində də Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Cənab Prezident həqiqətəndə bizlərə tarixi günlər yaşatdı və yaşadır.Bu bir həqiqətdir ki, son 200 (iki yüz) illik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurverici günlər yaşanmamışdır.Beləliklə bu, Prezident İlham Əliyevin tarixmizin ən güclü dövrünü bizlərə, xalqına yaşatdığı Azərbaycanın bugünkü reallıqlarıdır.
Düz 21 (iyirmi bir) il əvvəl qədirbilənxalqımız müdrik seçim etdi və xilaskarımız Heydər Əliyevin siyasi kursuna,Ulu öndərin layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevə yekdilliklə səs verdi.Sonda xüsusi vurğulayıram ki, Prezident İlham Heydər oğlu Əliyev müdrik Lider, qalib Ali Baş Komandan və nəhayət böyük Strategdir!
YAP Saatlı rayon Təşkilatı.
Vüqar Məmmədov.