Ceyhun Cəlilov VƏTƏNDAŞ QƏBULU TƏDARÜKÜNDƏ... - ŞOUDUR, YOXSA..?
Gündəm / Sosial
Bu gün, 11:32
10
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov sentyabrın 18-də Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək. Bu barədə Səlahiyyətli Nümayəndəlik məlumat yayıb.
Qəbul əvvəlcədən tərtib olunmuş qeydiyyat siyahısı əsasında keçiriləcək.
Yerli sakinlər isə bu cür görüşlərə əsasən əvvəlcədən seçilmiş şəxslərin buraxıldığını, real problemi və şikayəti olan vətəndaşların isə çox vaxt kənarda qaldığını iddia edirlər.
Sakinlərin sözlərinə görə, hazırda Naxçıvanda əsas problemlər arasında işsizlik, polis və məmur özbaşınalığı, korrupsiya və rüşvətxorluq xüsusi yer tutur və vətəndaşlar bu problemlərdən ciddi əziyyət çəkirlər.
Onlar həmçinin bildirirlər ki, görüşlərə qatılan bəzi “şikayətçilər” əvvəlcədən hazırlanır və çıxışlarında əsasən hökuməti tərifləyirlər.
"Gündəlik Naxçıvan"
