Müstəqillik illərində Azərbaycan və Türkmənistan arasında əlaqələr davamlı olaraq genişlənmişdir
Cəmiyyət
Bu gün, 09:36
10

İlk olaraq burdan başlayım ki, bu gün Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında qarşılıqlı etimad və strateji əməkdaşlıq regional sabitliyin əsas şərtlərindən biridir. Bu baxımdan, Azərbaycan və Türkmənistan arasında formalaşmış yüksəksəviyyəli siyasi münasibətlər son illər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur desəm, yanılmaram. Qardaşlıq və ortaq mənəvi dəyərlər üzərində qurulan əlaqələr bu gün təkcə ikitərəfli əməkdaşlıq çərçivəsi ilə məhdudlaşmır, eyni zamanda Xəzər regionunda təhlükəsizliyin, iqtisadi inteqrasiyanın və Türk dünyasında birliyin möhkəmlənməsində çox mühümdür. Hər iki Dövlət başçısı arasında mövcud olan səmimi münasibətlər və qarşılıqlı etimada əsaslanan siyasi dialoq isə Bakı ilə Aşqabad arasında əməkdaşlığın gələcək inkişafına böyük zəmin yaradır. Müstəqillik əldə etdikdən sonra hər iki dövlət arasında siyasi, iqtisadi, humanitar və enerji sahələrində əməkdaşlıq davamlı şəkildə inkişaf etmiş, əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Prezident İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun qarşılıqlı səfərləri, yüksək səviyyəli görüşləri və səmimi dialoqu ikitərəfli münasibətlərin daha da möhkəmlənməsində mühüm rol oynayır. Bəli dövlət başçılarının siyasi iradəsi nəticəsində iki qardaş ölkə arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycan və Türkmənistan Xəzər dənizi hövzəsində yerləşən mühüm dövlətlər kimi enerji təhlükəsizliyinin təmin edilməsində də mühüm rol oynayırlar. Xəzər dənizində birgə əməkdaşlıq, nəqliyyat-logistika layihələri və enerji resurslarının səmərəli istifadəsi sahəsində həyata keçirilən təşəbbüslər regional sabitlik və inkişaf baxımından xüsusidir.xüsusi dir. Onu da qeyd etməliyəm ki,bu xüsusda "Dostluq" yatağı ilə bağlı əldə olunmuş razılaşma iki ölkə arasında etimadın və qarşılıqlı anlaşmanın bariz nümunəsidir! Nəqliyyat-kommunikasiya sahəsində də əlaqələr uğurla inkişaf edir. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində Azərbaycan və Türkmənistanın əməkdaşlığı Avrasiya məkanında yükdaşımaların həcminin artmasına, regionun tranzit imkanlarının genişlənməsinə xidmət edir. Xüsusilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Türkmənbaşı Beynəlxalq Dəniz Limanı arasında əməkdaşlıq iqtisadi əlaqələrin dərinləşməsində mühüm rol oynayır. Belə ki,humanitar sahədə münasibətlər də daim genişlənir. Elm, təhsil, mədəniyyət və idman sahələrində qarşılıqlı tədbirlərin təşkili xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə şərait yaradır. Türk dünyasının ayrılmaz hissəsi olan Azərbaycan və Türkmənistan ortaq tarixi irsin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində birgə fəaliyyət göstərirlər.Bu gün Azərbaycan-Türkmənistan münasibətləri qarşılıqlı etimada, mehriban qonşuluq prinsiplərinə və ortaq maraqlara əsaslanaraq uğurla inkişaf edir. Sonda bir daha vurğulayıram ki, ortaq tarixə, dilə, mədəniyyətə və qardaşlıq ənənələrinə söykənən Azərbaycan-Türkmənistan münasibətləri Prezident İlham Əliyevin uzaqgörən xarici siyasəti sayəsində bundan sonra da uğurla inkişaf edərək, Türk dünyasının birliyinin möhkəmlənməsinə, regionda sülhün, sabitliyin və rifahın təmin olunmasına səbəb olacaqdır.
YAP
Saatlı rayonu 15 s. ƏPT-n sədri,UNEC-n məzunu Vüqar MƏMMƏDOV