Gömrükdə BU DA OLDU: Zəfər Gününə görə verilən mükafatın 15 manatını kəsdilər... - GİLEY

Gündəm / Sosial
Bu gün, 15:35 11

Dövlət Gömrük Komitəsinin işçiləri növbəti dəfə etiraz edirlər. Bu barədə "DİA-AZ"a qurumdan xəbər verilib.

İşçilər adından edilən müraciətdə deyilir ki, onlara verilməsi üçün nəzərdə tutulan mükafatdan 15 manat kəsilib.
Müraciətdə deyilir:

"Bunların gözləri doymur ki doymur... 8 Noyabr - Zəfər Günü münasibətilə hər bir işçiyə 500 manat məbləğində mükafat nəzərdə tutulub. Amma mükafat tam məbləğdə ödənməyib.

Təsəvvür edin, hər işçidən 15 manat tutublar. İndi özünüz hesablayın... 4-5 minə yaxın işçinin hər birindən 15 manat tutulanda nə qədər vəsait edir... Bütün kartlara 485 manat köçürülüb.
Hanı bu pullar? Kimin cibinə gedir?"