Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 108 yaşında
Cəmiyyət
Bu gün, 09:21
44

2026-cı il iyunun 26-da Azərbaycan Ordusunun yaranmasının 108 ili tamam olur. Şərəfli inkişaf yolu keçən, müstəqilliyimizin, təhlükəsizliyimizin və suverenliyimizin etibarlı təminatçısı olan Azərbaycan Ordusu bu gün regionun ən güclü silahlı qüvvələri sırasında layiqli yer tutur. Azərbaycan Ordusunun formalaşmasının əsası 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulsa da, müasir və güclü ordunun qurulması bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər hələ sovet dövründə Azərbaycanın hərbi kadr potensialının formalaşdırılması istiqamətində mühüm addımlar atmış, 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına nail olmuşdur. Bu addım gələcək müstəqil Azərbaycanın peşəkar zabit korpusunun formalaşmasında müstəsna rol oynamışdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkədə hökm sürən xaos və nizamsızlığı aradan qaldıraraq nizami ordunun qurulmasını dövlət siyasətinin prioritet istiqamətinə çevirdi. Məhz onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan Silahlı Qüvvələri vahid komandanlıq prinsipi əsasında yenidən təşkil edildi, orduda peşəkarlıq və döyüş hazırlığı səviyyəsi yüksəldi, hərbi quruculuq sahəsində əsaslı islahatlara start verildi.Bu gün Ulu Öndərin müəyyən etdiyi strateji xətt Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu maddi-texniki baza, müasir silah və texnika təminatı, peşəkar kadr hazırlığı baxımından dünyanın qabaqcıl orduları səviyyəsinə yüksəlmişdir.Azərbaycan Ordusunun qüdrəti 2020-ci ilin Vətən müharibəsində bütün dünyaya nümayiş etdirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz 44 gün ərzində tarixi Zəfərə imza ataraq işğal altında olan torpaqlarımızı azad etdi, xalqımızın milli qürurunu bərpa etdi. 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin bütün ərazilərində dövlət suverenliyi tam təmin olundu.Bu gün Azərbaycan Ordusu ölkəmizin tam müdafiə qüdrətinin, regionda sülhün, sabitliyin və təhlükəsizliyin mühüm təminatçısıdır! Ordumuzun əldə etdiyi uğurlar Azərbaycan dövlətinin gücünü, xalqımızın birliyini və Ali Baş Komandana olan sonsuz inamını əks etdirir. Azərbaycan Ordusunun 108-ci ildönümü münasibətilə bütün hərbi qulluqçularımızı, müharibə veteranlarını və şəhid ailələrini dərin ehtiramla təbrik edir, şanlı
Xüsusi vurğulamaq istədiyim bir məqam budur ki, dövlətimizin təhlükəsizliyinin, konstitusiya quruluşunun və milli maraqlarının etibarlı qorunmasında Dövlət Təhlükəsizlik Xidməti orqanının əməkdaşlarının fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir. Vətənə sədaqətlə xidmət edən bu fədakar əməkdaşlar yüksək peşəkarlıq, ayıqlıq və qətiyyət nümayiş etdirərək ölkəmizin sabitliyinin və təhlükəsizliyinin təmin olunmasında çox mühüm rol oynayır. Qürur hissi ilə qeyd edirəm ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dövlətin təhlükəsizlik siyasətinin uğurla həyata keçirilməsi, aidiyyəti qurumlar arasında koordinasiyalı və qarşılıqlı etimada əsaslanan fəaliyyət nəticəsində bu gün qədirbilən xalqımız əmin-amanlıq, sabitlik və təhlükəsizlik şəraitində yaşayır. Bu isə dövlət-xalq birliyinin, güclü siyasi iradənin və milli təhlükəsizlik sisteminin səmərəli fəaliyyətinin nümunəsidir! Ordumuza yeni uğurlar arzulayırıq.
Yaşasın Azərbaycan Ordusu! Yaşasın Müzəffər Ali Baş Komandan!
YAP
Saatlı 15 s. ƏPT sədri, UNEC-n məzunu Vüqar Məmmədov