Rusiya aerodromuna dron hücumu: Ölənlər var
Dünya
5-12-2022, 23:17
148
Ukrayna ordusunun Rusiya Hərbi Kosmik Qüvvələrinin aerodromuna PUA hücumu nəticəsində 3 hərbçi həlak olub.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov məlumat verib.
Bildirilib ki, daha 4 rusiyalı hərbçi yaralanıb.
Onun sözlərinə görə, Rusiyaya məxsus 2 təyyarə zədələnib.