Qırmızı Meydan Yeni il günü bağlanacaq

Dünya
29-12-2023, 23:39 869
Qırmızı Meydan Yeni il günü bağlanacaq

Moskvanın məşhur Qırmızı Meydanı Yeni il ərəfəsində ziyarətə bağlı olacaq.

Bu barədə Moskva Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Məhdudiyyətin dekabrın 31-i yerli vaxtla saat 18:00-dan yanvarın 1-i saat 8:00-dək qüvvədə olacağı bildirilib. Bununla belə, konkisürmə meydançası ziyarət üçün açıq qalacaq.