Şərurlu İsfəndiyardan BİNƏQƏDİYƏ CAVAB: - “İcra hakimi qoçuluq edir”

Gündəm / Aktual
3-02-2022, 17:07 117

Daha əvvəl də xəbər verdiyimiz kimi, Binəqədi rayonunda yerləşən “Azadlıq prospekti” metrostansiyasının iki çıxışının olduğu ərazidəki park illərdir ki, baxımsız vəziyyətdədir. Bu eybəcər mənzərəyə görə nə Binəqədi RİH, nə “Şərur İnşaat” MTK, nə də “Kristal Abşeron” məsuliyyəti öz üzərinə götürmək istəmir.

Tereqqi.az Bizim.Media-ya istinadən xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyəti problemlə bağlı “Şərur İnşaat” MTK-nın sahibi İsfəndiyar Axundovu məhkəməyə verib.

Belə ki, BRİH-nin media üzrə kuratoru Leyla Quliyevanın cavabında bildirib ki, sözügedən ərazinin istifadəyə verilməsindən 13 il ötüb və üzərində sahibkarlar tərəfindən obyektlər tikildiyinə görə müvafiq sahənin yenidən abadlaşdırılmasına zərürət yaranıb:

“2021-ci ildə “Şərur” MTK müvafiq ərazinin abadlaşıdırılmasına başlayıb, lakin qeyri-müyyən səbəblərdən hal-hazırda təmir-bərpa işləri dayandırılıb. Parkın təmir işləri dayandırıldığı üçün Binəqədi Bələdiyyəsi vətəndaşların da şikayətlərini nəzərə alaraq “Şərur” MTK ilə bağlı məhkəməyə müraciət edib. Hal-hazırda proses davam edir”.

Binəqədi Rayon İcra Hakimiyyətinin mövqeyi ilə bağlı “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundova zəng vurduq. Onun cavabı isə Binəqədi RİH-nin məsələyə münasibətinə ziddir:

“Parkın mənə aidiyyatı yoxdur. Mən öz ətrafımı düzəldirəm”.

-Belə çıxır ki, park icra hakimiyyətinə aiddir?

“Bəli. İcra hakimi də hegemonluq, qoçuluq edir”.

Mövzunu diqqətdə saxlayacaq və parkın taleyi ilə bağlı yeniliklər barədə məlumat verəcəyik. İsfəndiyar Axundovun Binəqədi Binəqədi Rayon İcra Hakimiyyətinə cavabının səs yazısını təqdim edirik:

VİDEO BURADA:
https://player.bizim.media?v=5037&share_user_id=