Ramiz Mehdiyev YAP-dan çıxarılır - İDARƏ HEYƏTİ TOPLANIR
Gündəm / Aktual
14-02-2022, 16:35
195
AMEA prezidenti Ramiz Mehdiyevin Yeni Azərbaycan Partiyasından kənarlaşdırılması gözlənilir.
Tereqqi.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya hakim partiyanın rəhbərliyindən bildirilib.
Xəbərə görə, Ramiz Mehdiyevin məsələsi yaxın günlərdə İdarə Heyətinin iclasında gündəliyə daxil ediləcək.
“Onun son çıxışlarının, özəlliklə, sonuncu parlament seçkilərinin nəticələrini kölgə altına salması , partiya nizamnaməsinə zidd fəaliyyəti YAP-dan xaric edilməsi üçün ciddi əsasdır” deyə mənbəmiz əlavə edib.