Masazırda zibil problemi: Qurtuluş 93-ü Üfunət iyisi bürüyüb

Gündəm / Sosial
Bu gün, 11:44 130

Masazır qəsəbəsi Qurtuluş 93 yaşayış kompleksində lentə alınan bu görüntülər hər kəsdə ikrah hissi oyadıb.

32gun.az-ın məlumatina görə, sözügedən ərazidə uzun müddətdir zibil qutuları aşıb-daşır, üfunət iyindən ərazidən keçmək mümkün deyil.

Buna baxmayaraq, müvafiq qurumlar, xüsusilə, Masazır bələdiyyəsi heç tədbir görmür.

Bu da sakinlərin haqlı narazılıqlarına səbəb olur.

Lentə alınan görüntüləri təqdim edirik:(32gun.az)