Etiraz aksiyasına görə heç bir məmur cəzalandırılmayıb - RƏSMİ

Gündəm / Ölkə
17-02-2022, 16:23 155

Bakıda yük maşınlarının etiraz edərək yolu bağlamasına görə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin şöbə rəisi işdən çıxarılıb.

Tereqqi.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iclas keçirib.

Nazir baş verən hadisə ilə bağlı araşdırma qrupu yaradıb. Rəşad Nəbiyev insidentə görə AYNA-nın sədri Anar Rzayevə xəbərdarlıq edib, qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Lətif oğlu Əliyevi isə vəzifəsindən uzaqlaşdırıb.

***

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən yolu bağlayan yük avtomobillərinə görə heç kimin işdən çıxarılmadığı bildirilib.

Nazirlikdən daxil olan məlumata görə, yayılan xəbər həqiqəti əks etdirmir: “Nə Xidmətin rəisi Anar Rzayevə xəbərdarlıq edilib, nə də qurumun şöbə müdiri Malik Əliyev işdən çıxarılıb”.