“Kiçik Ermənistan üçün 3 min nəfər?” - Rusiyalı rəsmidən ABŞ səfirliyi ilə bağlı açıqlama

Dünya
Bu gün, 16:22 10

ABŞ-nin Ermənistandakı səfirliyinin ştatı 2500-3000 nəfərə çatır ki, bu da ölkənin kiçik olduğunu nəzərə alsaq suallar doğurur.
Bu barədə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov “RİA Novosti”yə müsahibəsində bildirib.
“ABŞ-nin Ermənistandakı səfirliyində 2500-3000 nəfər çalışır. Kiçik Ermənistan üçün bu nə deməkdir? Bilmirəm, bəlkə Ermənistan çox gözəl ölkədir, oranın çox yaxşı mətbəxi var, bəlkə də sadəcə ABŞ vətəndaşlarına orada yaşamaq və işləmək xoşdur. Olar bilər ki, buna görə, ola da bilər ki, başqa səbəbə görə”, - Şevtsov deyib.
Qeyd edək ki, Moskva dəfələrlə İrəvanın Vaşinqtonla təhlükəsizlik sahəsində əməkdaşlığının dərinləşməsindən narahatlığını ifadə edib. Rusiya tərəfinin qiymətləndirməsinə görə, Qərb mövcudluğunun güclənməsi Cənubi Qafqazda əlavə gərginliyə və İrəvanın Moskva ilə münasibətlərində problemlərə səbəb ola bilər.