Sahibsiz itlərin əlindən küçəyə çıxmaq olmur... - XIRDALANDA

Gündəm / Aktual
2-03-2022, 11:06 377

Abşeron rayonunun mərkəzi olan Xirdalan şəhərinin mərkəzi küçələrində sözün əsl mənasında hərəkət etmək çox təhlükəlidir. Bütün şəhər sahibsiz itlərlə doludur. Körpə uşaqlarla Ulu Öndərin adını daşıyan parkda gəzmək və dincəlmək böyük risk tələb edir. Sahibsiz it sürüsü uşaqların üstünə cumur, valideyn isə çıxılmaz durumda qalır. Ümumiyyətlə, şəhərin mərkəzi küçələrində də vəziyyət bu cürdür. Evdən uşağı marketə göndərəndə ancaq dua etmək lazımdır ki, yolda itlər uşağın əlindəki çörəyə cummasınlar.... Təqdim etiyim şəkillərdə az da olsa bunun əyani sübutunu görmək olar...
Yəqin ki, aidiyyati qurumlar bu məsələ ilə bağlı müvafiq göstərişlər verəcəklər. Biz də ümid edirik ki, günü-gündən gözəlləşən Abşeronumuzun paytaxtı Xırdalanda qorxusuz gəzə biləcəyik.

Atia.az