Fəzail Ağamalıda bunca sərvət hardandır? - SİYAHI

Gündəm / Ölkə
14-05-2022, 15:02 299


Son günlər Milli Məclisin deputatı Fəzail Ağamalı açıqlamaları ilə "xalqın dostu" imicini yaratmağa çalışır. Deputat bu açıqlamaları ilə, görünür, mətbuatda və sosial şəbəkədə siyahısı yayılan mülklərini, biznesini ört-basdır etməyə çalışır.

Tereqqi.az sonxeber.az-a istinadən Fəzail Ağamalının mülklərinin sosial şəbəkədə yayılan siyahısını təqdim edir:

1. “BUTA” bağçaları (qızı Günay Ağamalının adına)

2. Novxanıda villa (öz adına)

3. Novxanıda villa (oğlu Elçinin adına)

4. Nərimanov rayonu, M.Əlizadə küçəsində 2 mənzil

5. M.Araz küçəsində 2 mənzil

6. Çınqıl zavodu

7. Neftçala rayonunda şadlıq sarayı

8. “555” nömrəli bahalı avtomobillər

9. Ukraynada meyvə biznesi

10. Atatürk prospektində villa

11. Şəhərin bir neçə yerində təzə binalarda mənzillər

12. Xətayi rayon məhkəməsinin binası (icarədədir, F.Ağamalıya məxsusdur)

13. Boru sexləri (oğlu idarə edir) və s.

14. Salyan və Neftçala rayonlarında yüzlərlə parnik, obyekt və yük maşınları.

Bu gün hər kəsi maraqlandıran məsələ deputatın bu qədər mülkü hardan və necə əldə etməsidir. Əslində deputat Fəzail Ağamalının məmurlara verdiyi sualı onun özünə vermək lazımdır. Görəsən, tək deputat maaşı ilə Fəzail Ağamalı bu qədər mülkü necə əldə edib? Ən önəmlisi isə odur ki, məmurlara vəzifədən getməyi məsləhət görür, lakin özü nədənsə 2020-ci ilin parlament seçkilərində seçicilər tərəfindən rüsvayçılıqla qovulduğunu yada salmaq istəmir.

Qeyd edək ki, seçkilər zamanı sayı 50-ni keçməyən bir qrup insan Fəzail Ağamalıya qarşı çıxaraq, onun yenidən deputat kimi namizədliyini izəli sürdüyünə görə etiraz etmişdi.