Türkiyənin “Akıncı” pilotsuz uçuş aparatları Bakıda - VİDEO

Gündəm / Seçilmişlər
21-05-2022, 22:52 185
Türkiyənin “Akıncı” pilotsuz uçuş aparatları Bakıda - VİDEO


Türkiyənin Tekirdağ əyalətinin Çorlu rayonundan səmaya qalxan “Akıncı” pilotsuz uçuş aparatları Gürcüstanı keçərək Bakıya enib.

Bu barədə Türkiyənin “Baykar” şirkətinin “Twitter“ hesabında məlumat yayılıb. Təxminən 2000 kilometr məsafə qət edən “Akıncı”lar üç ölkəni keçərək uğurlu uçuş həyata keçirib.

Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” festivalı mayın 26-dan 29-a qədər keçiriləcək.