Müstəqil və bütöv Azərbaycan Ulu Öndərin şah əsəridir! - ŞƏRH

Gündəm / Aktual
25-06-2022, 09:07 143


Ulu Öndər Heydər Əliyevin 99-cu doğum gününə həsr olunub
Haqqında fikir söyləmək, yazmaq məsuliyyətini və şərəfini üzərimə götürdüyüm dahi şəxsiyyət, bütöv Azərbaycan gəncliyinin əbədi idealı Ulu Öndər Heydər Əlirza oğlu Əliyevdir! Yazımın bu yerində bir haşiyə çıxaraq, xüsusi qeyd etməyi özümə borc bilirəm ki, doğrudan da bu dahi insan haqqında danışmaq, fikir söyləmək çox məsuliyyətli və şərəfli bir işdir. Və mən bu məsuliyyəti dərk edərək, əvvəla Ulu Öndərdən və bütöv xalqımızdan üzr istəyərək, böyük cəsarətlə yazıram. Əminəm ki, tarixidə əzəli və əbədi qiyməti müasir Azərbaycan, bütün dünya xalqları və siyasətçiləri tərəfindən verilmiş Ulu Öndər və xalqımız məsuliyyətimi nəzərə alacaqdır.
Özünü dərkin və gəncliyim bu fenomen insanın ikinci dəfə müstəqil və müasir Azərbaycanı yenidən qurması dövrünə təsadüf etdiyi üçün özümü xöşbəxt sayıram. Bir çoxları kiçik yaşlarından özünə ideal seçir. Onun kimi olmağa, ona oxşamağa çalışır. Bu hiss demək olar ki, əksər uşaqlarda olur. Mən mübaliğəsiz qeyd etmək istəyirəm ki, Heydər Əliyev Tanrının Azərbaycana xalqın işıqlı sabahı, firavan gələcəyi naminə qismət etdiyi bir sönməz ümid idi. Belə bir söz var, insanda ən son ölən elə ümiddir. Məhz 1993–cü ildə Heydər Əliyev Azərbaycanda ölmüş ümidi yenidən diriltmək, ona can vermək üçün xalqın çağırışına cavab verdi. O vaxtkı səriştəsiz, yarıtmaz hakimiyyətin çoxsaylı xahişlərini nəzərə alaraq Azərbaycanı uçurumdan qurtarmaq üçün Bakıya gəldi və siyasi fəaliyyətə başladı. Qısa müddət ərzində siyasi arenada öz ağır və samballı çəkisi ilə Azərbaycanın xeyrinə dönüş yaradan Heydər Əliyev həm daxili və həmdə xarici siyasətdə nəzarəti tam olaraq ələ aldı.
Xatirimdədir, Ulu Öndər Azərbaycana ikinci qayıdışından sonra siyasi fəaliyyətə (o vaxtkı daxili hərc-mərcliyə, özbaşınalığa son qoymaq üçün) Gəncə şəhərindən və cəbhə bölgəsindən başladı. Dünyanı idarə edən bütün iqtisadi və hərbi baxımdan güc dövlətlərinin maraqlarını Azərbaycana cəlb etdi, elə 1993-cü ildə düşməni atəşkəs müqaviləsini bağlamağa məcbur etdi. Beləliklə, ölkə daxilindəki siyasi qarışıqlıq, xaricdən böyük dövlətlərin Respublikamıza təziqinin ardı-arası kəsilməyən bir vaxtda bu dahi insanın, Ulu Öndərin 1994–cü ildə Bakı şəhərinə dünyanın iri şirkətlərinin rəhbərlərini yığaraq “Əsrin müqaviləsi”nin bağlanmasını təmin və təşkil etdi. Bununla da Azərbaycanda sabitliyin, iqtisadi inkişafln və əhalinin sosial rifahının yaxşılaşdırılmasının əsası Heydər Əliyev tərəfindən qoyuldu.
Özündən əvvəl Vətənini və millətini düşünən, bütün dünya liderlərinə, rəhbərlərinə nümunə olan bir dahi şəxsiyyəti, vətəninin, millətinin xilaskarı, Ümummilli Lider Heydər Əliyevi mən özümə necə ideal seçməyə bilərdim. Uşaq vaxtlarımdan onun çıxışlarını dinləyərək, Azərbaycan üçün etdiklərinə daima nəzər yetirirdim. Şübhəsiz idealımın ilk olaraq evdə valideyinlərim, özümdən yaşca üstün olan ətrafım (red: dost, sonra isə orta və ali məktəb müəllimlərim) və demək olar ki, hamı tərəfindən hörmətlə qarşılandığı, sevildiyi diqqətimi cəlb edirdi. Yaşımın üzərinə yaş gəldikcə bu dahi insana olan hörmətim və sevgim onu mənim idealım etdi. Artıq bu gün çox insan kimi, mən də müasir Azərbaycanla fəxr edirəm və qürur hissi keçirirəm. Çünki hər birimiz Ulu öndərin qurub,yaratdığı ölkənin vətəndaşlarıyıq.
Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti sahəsindəki inkişafıda 15 ilə yaxındır ki, müşahidə edərək qeyd etməyə bilmərəm. Mən bir neçə cümlə ilə beynəlxalq arenada hazırki yüksək inkişafı ilə,demokratik, fikir azadlığı ilə seçilən və söz sahibi olan Azərbaycanın haqsız olaraq qarşılaşdığı təziqlər barədə demək istəyirəm. Avropa Parlamentinin deputatları, “demokratiya carçıları” hələ Ulu Öndərin sağlığında ölkəmizə və dinamik inkişafımıza mane olmaq məqsədi ilə qara yaxır və ləkələr atırdılar. Lakin Ulu Öndərin uzaqgörən və iradəli siyasi cavabları ilə bu qurum yerinə oturdulur və reallığ ortaya qoyulurdu. Reallığ isə Azərbaycanın bir milyona yaxın, evindən-eşiyindən didərgin düşmüş köçkünlərinin olması idi. Bu insanlar ölkə rəhbərliyinin böyük diqqət-qayğısı ilə təmin olunsa da, öz doğma, isti yuvalarından ayrı düşmüş insanların rahatlığı yalnız vətənlərinə qayıtmaqdır. İnsanların bu vəziyyətindən öz maraqları naminə istifadə edən bir qurum necə hüquq bərabərliyindən və söz azadlığından danışa və ya təbliğ edə bilər anlaşılan deyil. Yaxın Şərqin “qan gölünə” çevrilməsi və orada bir vaxtlar sakit həyat tərzi sürən xalqın hazırda avropa ölkələrində səfil, zərgardan vəziyyətdə köçkün kimi yerləşdirilməsi onların iç üzünü ortaya qoyur. Yalnız xristiyanlığı qəbul edən müsəlmanların xüsusi qayğıyla əhatə olunması, qəbul etməyənlərin isə ac-sussiz halda, tövlə şəraitində yerləşdirilməsidə göz önündə, diqqətdən yayınmayan bir faktdır.
Diqqətinizi Avropa Parlamentinin tərkibindəki deputatların milliyətinin xristian olmasına cəlb etmək istəyirəm. Tərkibində bir musəlman deputatı belə olmayan bu qurumun bütün qəbul etdiyi qərar və qətnamələrin hamısı müsəlman ölkələrinə qarşı qəbul olunmuşdur. Bu qurum bir xristyan blokundan başqa bir sey deyil. Cənab Pezidentimizin bu qərara cavabı yerində və gecikməyən bir cavab oldu, "Bu qətnamə mənim üçün kağız parçasından başqa bir şey deyil!", dedi möhtərəm Prezidentimiz.
Prezidentimizin cümləsindəki dəqiq, dolğun və tam bir fikiri ifadə edən cavabı mən deyərdim ki, bütün Avropa ölkələrinə yerlərini göstərmək idi. Ölkə rəhbərinin cavabı, ölkəmizdə xalqın işıqlı gələcəyinə hesablanmış siyasətə heç-bir xarici və daxili qüvvələrin mane ola bilməyəcəyindən xəbər verir. Bu uğurlu siyasət nəticəsində Azərbaycanımız millətin və dövlətin bu günü və sabahı üçün Ulu Öndərin xidmətləri, keçirdiyi yuxusuz gecələrin əziyyətinin bahasına, xalqla hakimiyyətin birgə fəaliyyəti əsasında qurulmuş və inkişaf edərək bu günkü vəziyyətə gəlib çıxmışdır. Hazırda da möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının yürütdüyü siyasət ölkədə yalnız xalqa və onun dəstəyinə arxalanmışdır.
Xalqımız ölkədə Prezidentinin ən doğru siyasətinin ətrafında sıx birləşmişdir. Aparılan siyasət bu gün müstəqil və müasir Azərbaycan xalqının sosial-iqtisadi rifahının yüksələn xətlə inkişafını açıq-aşkar göstərir. Mən bu gün ölkəmizdə əsası Ulu Öndər tərəfindən müvəffəqiyyətlə qoyulan və cənab prezidentimiz İlham Əliyev tərəfindən uğurla aparılan inkişaf strategiyasının, proqramının təkcə bölgədə deyil, bütün dünya arenasında nümunə olduğunu qürur hissi ilə qeyd edirəm. Mən əminəm ki, 15 iyun 1993 cü il tarixindən bəri Ulu Öndərin ölkəmizə ikinci dəfə qayıdışı daxili çəkişmələrin və müharibənin viran qoyduğu, parçalanmış Azərbaycanı yenidən qurması ALLAHIN iradəsi ilə baş verirdi. Belə şəxsiyyətləri Allah əsrdə bir dəfə yetişdirirvə islam adət-ənənəsi və qaydaları ilə zəngin, özünəməxsus tarixi keçmişi olan, yüzilliklərin sınağından çıxmış odlar yurdu Azərbaycan adlı məmləkətə bir ümid, bir pay olaraq verir. Nə xoş bu millətin və dövlətin halına ki, dünya şöhrətli dahi şəxsiyyətin siyasətinin davamçısı, başladığı uğurlu layihələrini bitirən və yenisi ilə əvəz edən bir varisi, xalqı ətrafında sıx birləşdirən Lideri var. Nə qədər ki, İlham Heydər oğlu Əliyev kimi Azərbaycanın ağıllı, uzaqgörən Prezidenti var, ölkəmiz inkişaf edən, öz sözünü beynəlxalq tribunalarda deyən və daima mövqeyini qoruyan bir ölkə olacaqdır.
1993-2003–cü illər ərzində Ulu Öndər müasir ,müstəqil Azərbaycanın tarixini yaratdı və Azərbaycanı regional və qlobal dünya siyasətinə təsir edən ölkələr səviyyəsinə yüksəltdi. Azərbaycanda, bəlkə də dünyanın yeganə ölkəsində siyasətə əqidə, məslək kimi yanaşılır. Məhz bunu da Azərbaycana Ulu öndərimiz Heydər Əliyev gətirdi. Halbuku beynəlxalq aləmdə, dünyada siyasətə sadəcə, maraqların ifadəsi kimi yanaşılır. Ulu Öndərin müasir,demokratik Azərbaycanı qurmaq milli və tarixi missiyası belə başladı.
Sonda bir daha xüsusi olaraq qeyd etmək istəyirəm ki, “Mən fəxr edirəm ki, müstəqil və müasir Azərbaycan mənim idealımın şah əsəridir”. Bu əsəri isə hazırda onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev şanlı səhifələrlə yazır.
Vüqar MƏMMƏDOV, Saatlı şəhər sakini, ADİU-nin məzunu