İranın XİN rəhbəri Ermənistana səfər edəcək

Gündəm / Dünya
14-03-2025, 15:22 1 128

İranın xarici işlər naziri Abbas Araqçının Ermənistana səfəri gözlənilir.

Bu barədə məlumatı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı açıqlayıb.

Səfərin yaxın zamanlarda baş tutacağı qeyd olunub.