İslahat sırası BAKI GÖMRÜYÜNƏ ÇATDI... - İDDİA

Gündəm / Ölkə
8-08-2022, 11:10 54


Dövlət Gömrük Komitəsində yeni sədrin səlahiyyətlərini icra edən Şahin Bağırovun əmri ilə Səfər Mehdiyevin kadrlarının təmizlənməsi prossesi davam edir.

Tereqqi.az bildirir ki, Bizimxeber.az-a daxil olan məlumata görə, Bakı Baş Gömrük İdarəsi rəisinin 3 müavini vəzifədən kənarlaşdırılıb. Onların adları hələlik açıqlanmır.

Qeyd edək ki, sözügdən idarədə 5 müavin postu mövcuddur.

Məlumatı dəqiqləşdirmək üçün Bakı Baş Gömrük İdarəsi ilə əlaqə saxladıq. Qurumdan bildirlər ki, hələlik onlarda bu barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, Bakı Baş Gömrük İdarəsinin rəisi Pərviz Kəngərlidir. O, əvvəl Hava Nəqliyyatında Baş Gömrük İdarəsində maliyyə şöbəsinə rəhbərlik edib.