Xalqa həsr olunmuş ömür
Gündəm / Cəmiyyət
1-09-2022, 07:47
331
Mən bu gün ölkəmizdə əsası Ulu öndər Heydər Əliyev tərəfindən müvəffəqiyyətlə qoyulan və cənab prezidentimiz İlham Əliyev tərəfindən uğurla aparılan inkişaf strategiyasının, proqramının təkcə bölgədə deyil,bütün dünya arenasında nümunə olduğunu qürur hissi ilə qeyd edirəm.Əminəm ki,15 iyun 1993 cü il tarixindən bəri Ulu Öndərin ölkəmizə ikinci dəfə qayıdışı daxili çəkişmələrin və müharibənin viran qoyduğu,parçalanmış Azərbaycanı yenidən qurması Allahın iradəsi ilə baş verirdi.Belə şəxsiyyətləri Allah əsrdə bir dəfə yetişdirir və islam adət-ənənəsi və qaydaları ilə zəngin, özünəməxsus tarixi keçmişi olan, yüzilliklərin sınağından çıxmış odlar yurdu Azərbaycan adlı məmləkətə bir ümid, bir pay olaraq verir.Nə xoş Xalqımızın və Dövlətimizin halına ki, dünyaşöhrətli dahi şəxsiyyətin siyasətinin davamçısı ,başladığı uğurlu layihələrini bitirən və yenisi ilə əvəz edən,son 200 illik tarixdə mümkün olmayanı mümkün edən bir varisi, xalqı ətrafında sıx birləşdirən Lideri var.Nə qədər ki, İlham Heydər oğlu Əliyev kimi Azərbaycanın ağıllı, uzaqgörən prezidenti var, ölkəmiz inkişaf edən, öz sözünü beynəlxalq tribunalarda deyən və daima mövqeyini qoruyan bir ölkə olacaqdır.1993-2003 –cü illər ərzində Ulu öndər Heydər Əliyev müasir ,müstəqil Azərbaycanın tarixini yaratdı və Azərbaycanı regional və qlobal dünya siyasətinə təsir edən ölkələr səviyyəsinə yüksəltdi.Azərbaycanda, bəlkə də dünyanın yeganə ölkəsində siyasətə əqidə,məslək kimi yanaşılır.Məhz bunuda Azərbaycana ümummilli lider Heydər Əliyev gətirdi.Halbuki beynəlxalq aləmdə,dünyada siyasətə sadəcə ,maraqların ifadəsi kimi yanaşılır.Ulu öndərin müasir,demokratik Azərbaycanı qurmaq milli və tarixi missiyası belə başladı.
Sonda bir daha əminliklə qeyd etmək istəyirəm ki,“ mən fəxr edirəm ki,müstəqil və müasir AZƏRBAYCAN mənim və bütün Gəncliyimizin idealı Heydər Əliyevin şah əsəridir ”.Bu əsərin isə şanlı səhifələrini hazırda,onun layiqli davamçısı,bütöv Azərbaycanı bərpa edən Ali Baş Komandan, prezident İlham Heydər oğlu Əliyev şərəflə yazır.Ömrünü bütünlüklə Xalqına və Dövlətinə həsr edən ulu öndər Heydər Əliyev daima qəlbimizdə AZƏRBAYCANLA yaşayacaqdır.
Yeni Azərbaycan Partiyası
Saatlı 15 saylı ƏPT-nın
sədri Vüqar MƏMMƏDOV.