Vüqar Əsgərov Şahin Bağırovun sistemində ƏSAS ELEMENTDİR - İLGİNC FAKTLAR...
Gündəm / Sosial
Bu gün, 13:48
9
Dövlət Gömrük Komitəsinin İnsan Resursları (kadrlar) İdarəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Vüqar Əsgərovla bağlı neçə müddətdir ki, ilginc faktları təqdim edirik. Amma görünəni odur ki, aidiyyatı qurumlar gərəkən addımı atmağa tələsmirlər. Söhbət burada təbii ki, Vüqar Əsgərova qarşı səslənən konkret cinayət xarakteri daşıyan ittihamlarla dolu iddialardan gedir.
"DİA-AZ" bildirir ki, hüquqi tədbirin ortada olmamasına rəğmən biz əldə etdiyimiz bilgiləri paylaşmağa davam edəcəyik.
Məlumatlı mənbə bildirir ki, əslində Vüqar Əsgərov Şahin Bağırovun DGK-da formalaşdırdığı QARƏTÇİ şəbəkənin əsas elementidir. Belə bir təsəvvür yaradırlar ki, guya Şahin Bağırov gələndən sonra rüşvət yığışdırılıb. Lakin elə deyil. Sadəcə rüşvətin məbləği artırılaraq istiqamətləri dəyişdirilib. Rüşvət alanlar onsuz da alacaqlar. DGK-da da elədir. Aşağıda oturanlara maaş kartından əlavə ayrıca kart çıxartdırıblar və rüşvət həmin kartlara köçürülür ki, nəzarətdən yayındıra bilsinlər...
Mənbə deyir: "Vüqar Əsgərova gəlincə isə, onun bazarı bu gün ən şıdırğı alverin getdiyi ünvandır. Rütbələri vaxtında vermirlər. İllərlə gecikənlər var. Xüsusilə qadın işçiləri daha çox incidirlər. Çünki qadın işçilər rüşvət verməyə daha az maraq göstərirlər. "Sərişdəlik" imtahanından kecənlər isə məcəlləni əzbərləyib ortalığa düşən tək-tük cavanlardı. Ora sanki məktəbdi, kursdu, təhsil ocağıdı... ya nədi?! Biz sanki işə yox, dərs oxumağa gedirik... İşə gedib-getmədiyimiz, işçi olub-olmadığımız bilinmir. Elə bil təhsil almağa gedirik, işə yox...
Attestasiyaya gəldikdə isə o 5 ildən bir keçirilir. Amma necə keçirilir... Vəzifəsi yuksək olub imtahandan kəsilənlər bir də baxırsan ki, 2-3 günə daha da yüksək vəzifəyə təyin olunurlar.
Bunlar hələ harasıdır ki? Əsl komediya hələ qarşıda olacaq... Gömrükçülərin peşə bayramında. Yenə həmişəki adlar... Yenə də həmişəki "seçilmişlər"ə yüksək titullar, döş nişanları, rütbələr veriləcək... Təbii ki hər şey pulun müqabilində... Heç nə havayı deyil..."
Ancaq indi guya bu Sahin rusvəti yigisdirib Xeyr sadəcə məbləgi artirib və istiqaməti dəyisib.Rusvət alan onsuz da necəsə alir alacaq da.Yerlərdə isləyənlə əməkhaqqi kartindan basqa əlavə bir kart cixartdirib rusvəti ora kocuzdururlər
