“Elmed” Tibb Mərkəzində hər növ tibbi xidmət göstərilir.

Gündəm / Aktual
7-10-2022, 15:30 422

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz açıq-aşkar hiss edirik.

Azərbaycanda islahatların həyata keçirilməsi ilə əlaqədar intensiv həyatın inkişafında böyük rol oynayan səhiyyənin genişlənməsi və çoxşaxəli inkişafı diqqət çəkən məqamlardan birinə çevrildi. Haqqında söhbət açmaq istədiyimiz 1999-cu ildən fəaliyyətə başlayan “Elmed” Tibb Mərkəzi Hümbət Səfərovun rəhbərliyi altında çox qısa bir zamanda özünü təsdiqləmiş oldu. İnsanlar öz sağlamlıqlarının qayğısına qalmağa xeyli vaxtdır ki, “Elmed” Tibb Mərkəzində çalışan tibb personalına etibar edirlər. Elmed Tibb Mərkəzi sıradan bir Tibb Mərkəzi deyildir. Elmed Tibb Mərkəzi ilkin olaraq ambulator fəaliyyətinə başlamış sonra isə genişlənərək fəaliyyət göstərmişdir. Laborotoriya müasir standartlara uyğun cihaz və avadanlıqlarla təhciz olunmuşdur. Belə ki, endoskopik cərrahiyyə, ginekologiya, plastik cərrahhiyyə, plazmoferas, komputer tomoqrafiyası müasir cihazlarla təmin olunmuş laborotoriya, ən yeni cihazlarla təmin olunmuş Oftamologiya, Kardiologiya, Hidrokologiya, Dermotologiya Kosmetologiya, Ozonoterapiya müasir stamotoloji kabinet və sairə kimi şöbələri fəaliyyət göstərməkdədir. Tibb Mərkəzinın ən müasir elmi tərəqqinin inkişafına və tələblərinə cavab verən Almaniya, ABŞ , İtaliya,Turkiyə,Yaponiya dövlətlərində istehsal olunan tibbi avadanlıqlarla təchiz edilmişdir. Elmed Tibb Mərkəzi olaraq başlıca hədəfi dünyanın aparıcı ölkələri olan Almaniya, ABŞ, Rusiya və Türkiyədə təhsil almış, öz birliyi və bacaracağı ilə seçilən, yüksək tibbi savadı olan həkimləri işə cəlb etməklə əhaliyə yüksək, səviyyədə ambulator və stasionar tibbi xidmət göstərməkdir. Düzgünlük, dəqiqlik, insanlara xoş münasibət və qayğı göstərmək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əsas məqsəddir. Elmed Klinik tibbin ən son nailiyyətlərindən, texnika və texnalogiyalarından istifadə etməklə yanaşı xalq təbabətinin bəzi elementlərinin mualicə üsüllarından da istifadə edərək xidmət göstərir.
Elmed Tibb Mərkəzində cərrahi əməliyyatlar peşəkar cərrahlar tərəfindən həyata keçirilir.
DAMAR CƏRRAHİYYƏSİ – tibbin arteriya və venaların cərrahi xəstəlikləri ilə məşğul olan sahəsidir “Elmed Tibb Mərkəzi”- da arteriya və venalar üzərində geniş spektrli cərrahi əməliyyatlar həyata keçirilir.
Aortafemoral, iliofemoral və s. şuntların qoyulması, psevdoanevrizmaların aradan qaldırılması, arteriovenoz fistulaların qoyulması, flebektomiya, seqmentar varikektomiya və s.əməliyyatlar bu qəbildəndir.

ENDORKRİN CƏRRAHİYYƏ
Endokrin cərrahiyyə – hormon sintez edən orqanların xəstəliklərinin endokrin cərrahiyyə müalicəsi ilə məşğul olan bir sahədir “Elmed”Tibb Mərkəzində- da qalxanabənzər vəzinin, qalxanabənzər ətraf vəzilərin, böyrəküstü vəzilərin xəstəliklərinin cərrahi müalicəsi aparılır.
Xəstələrin müayinəsi zamanı aşağıdakı laborator və instrumental diaqnostika metodlarından istifadə edilir:
•Hormonal və biokimyəvi müayinələr – qanda tireotrop (TSH), total və sərbəst T3, T4 hormonlarının, tireoqlobulin və tireoperoksidazaya qarşı və tireoid mikrosomal antitellərin təyini.
•Qalxanabənzər vəzinin ultrasəs müayinəsi və ya doppleroqrafiyası.
•Qalxanabənzər vəzin nazik iynə biopsiyası

LOR-CƏRRAHİYYƏ
Elmed Tibb Mərkəziasının LOR cərrahiyyə şöbəsi Türkiyənin ən müasir və tanınmış xəstəxanalarında mövcud olan eyni sistemlə işləyir. LOR cərrahiyyə çərçivəsində qulaq-burun-boğaz xəstələrini ilk növbədə endoskopik müayinə edilir. Xəstə öz xəstəliyini monitorda görür. LOR cərrahiyyə şöbəsində qırtlağa baxmaq üçün flexsible-fibroptik, hərəkətli ucluğu olan alətdən istifadə edilir. Bunun köməyi ilə hətta bronxların haçalanan yerinə qədər olan patologiyanı dəqiq təyin edə bilinir. Belə müayinə lokal şəkildə boğaza yerli keyləşdirici püskürtməklə rahat şəkildə həyata keçirilir. LOR cərrahiyyə eyni zamanda endoskop və mikroskopla işlədildiyi üçün əməliyyatın müddəti olduqca qısadır.Yəni adətən başqa Tibb Mərkəzilarda 40 dəqiqə-1 saata başa gələn əməliyyatlar şöbədə 2 dəfə az vaxta reallaşır.Elmed Tibb Mərkəzida - LOR cərrahiyyədə burun-boğaz-qulaq sahəsinə aid bütün xəstəliklər müalicə oluna bilir:
LOR cərrahiyyə haymorit, sinusit, burun boşluğunun polipləri, burun ətrafı ciblərin, paranazal sinusların polipləri, müxtəlif törəmələrin yeni üsulla müalicəsi həm xəstələr, həm də həkim üçün daha əlverişlidir. Klassik metod olduqca travmatikdir. Bir çox xəstələr bu növ müalicədən imtina edirlər .
Ümumilikdə LOR cərrahiyyənin bütün sahələri Tibb Mərkəzida yüksək səviyyədə xidmət göstərir.
Plastik cərrahiyyə komplekslərdən azad və özündən əmin olaraq xərclənmiş cazibədarlığın qaytarılmasıdır.
Plastik cərrahiyyə Rinoplastika, abdominoplastika, mamoplastika, çapıq və piqmentlərin götürülməsi, tük əkilməsi, otoplastika, dodaqların böyüdülməsi, üzün dartılması, süd vəzilərinin böyüdülməsi və kiçildilməsi, liposaksiya, septoplastika, rinoseptoplastika, qaşların qaldırılması, botoks (botulotoksin), piy və silikon inyeksiyası, ayaqların dartılması, boynun dartılması, çənənin uzadılması, buxağın liposaksiyası, açıq əməliyyat üçün, lazer, laparoskopiya, endoskopiya və.s daxildir.
Plastik cərrahiyyə üçün əlavə məlumat.
Elmed Tibb Mərkəzində bütün növ plastik əməliyyatlar Plastik cərrahiyyə Plastik cərrahlar tərəfindən icra olunur. Bu əməliyyatlara aşağıdakılar daxildir:
•Burunda estetik əməliyyatlar, o cümlədən rino və septoplastika;
•Qaş və göz qapağı əməliyyatları;
•Üz və dodaq əməliyyatları;
•Lipisaksiya əməliyyatı-Qarın nahiyyəsində piylərin götürülməsi;
•Bədən nahiyyəsində hər cür kontur plastikası;
•Süd vəzilərinin böyüdülməsi, kiçildilməsi və dikləşdirilməsi;
•Qadınlarda hamiləlikdən sonra qarın nahiyyəsinin sallanması zamanı düzgün formaya salınması;
•Ayaqlarda artıq piylərin götürülməsi, baldırda əyriliklərin düzəldilməsi və sairə
•Anadangəlmə əl deformasiyaları:
•Dovşandodaqlıq, qurdağızlıq;
•Plazqulaqların düzəldilməsi;
•Süd vəzilərinin assimetriyaları;
•Anadangəlmə bitişik barmaqlar;
•Dəri ilə əlaqədar bütün cərrahi əməliyyatlar, o cümlədən:
•Yanıqdan sonra əmələ gələn kontrakturalar, dəri dartınmaları, yanıqdan sonra əmələ gələn estetik əməliyyatlar;

Plastik cərrahiyyə əməliyyatları Elmed Tibb Mərkəzində ən müasir anesteziya və yüksək səviyyədə təchiz edilmiş əməliyyatxanalarda peşəkar personalın iştiraki ilə icra olunur. Ən son texnologiyalar Elmed Tibb Mərkəzində təkcə avadanlıqlarla və anesteziya ilə məhdudlaşmır. Plastik cərrahiyyə xəstə məmnunluğu ən çox diqqət yetirilən məqamdır. Tibb Mərkəzi həm də özünün yüksək səviyyəli gigiyenası, xəstələrə xüsusi qulluq prinsipi ilə seçilir.
UROLOJİ CƏRRAHİYYƏ
“Elmed Tibb Mərkəzi” urologiyaya aid təcili yardım və stasionar şəraitdə bütün növ tibbi xidmət göstərilir. Urologiya şöbəsində uşaq urologiyasından yaşlı insanlarda uro-androloji xəstəliklərə qədər bütün müalicə prosedurları icra edilir.
“Elmed Tibb Mərkəzi”- nın ixtisalı mütəxəssisləri tərəfindən hər cür uroloji və androloji əməliyyatlar icra edilir. Tibb Mərkəzida uroloji əməliyyatların icrası üçün ən müasir əməliyyatxana, anesteziologiya və hər cür komplektasiyada unikal cərrahi alətlər mövcuddur. Uroloji bölümün hər növ urolojik xəstəliklərin müayinə və müalicəsi, həmçinin uroloji cərrahiyyə əməliyyatları həyata keçirilir.
Tibbi bölmələrdən aşağıdakı şöbələrin adlarını qeyd edə bilərik
DERMATOLOGİYA - kliniki təbabətin, dərinin strukturunu və funksiyalarını normada və patologiyada öyrənən, həmçinin dəri xəstəliklərinin müalicəsi və profilaktikası ilə məşğul olan sahəsidir.
Dəri xəstəlikləri çox yayılmışdır.
Kütləvi araşdırmalar dəri xəstəliklərinin daha da çox yayılmasını göstərir. Əhalinin çoxu dermatozlardan əziyyət çəkir, lakin müalicəyə ehtiyacı olan xəstələrdən, 10%-dən azı həkimə müraciət edir. Dermatoloji xəstələrin şikayətləri
•Qaşınma
•Göynəmə(yandırma)
•Ağrı,sancılar
•Dəridə müxtəlif səpkilərin yaranması,

DOPPLEROQRAFİYA
Bu metodun iş prinsipi doppler effektinə əsaslanır. Əks olunan siqnalların tezliyi qan dövranının sürətinə proporsional olaraq dəyişilir.
Klinkad doppleroqrafiya bir neçə rejimdə həyata keçirilir:
•Rəngli rejim, yüksək sürətli rəngli və energetik (o cümlədən iki istiqamətli) doppleroqrafiya.
•Toxuma doppleroqrafiyası rejimi.
•Fasiləsiz dalğalı doppleroqrafiya rejimi.
•Dupleks və tripleks variantlı impuls dalğalı doppleroqrafiya rejimi.
Doppleroqrafiya Doppler effektinə əsaslanan müayinə üsuludur. Doppler ultrasəs yeni nəsil ultrasəs cihazlarında aparılır. Bu zaman vücuda göndərilən səs dalğaları damarlarda hərəkət edən qan hüceyrələrinə dəyib qayıtdıqda əldə edilən axın formalarının köməyi ilə qan axınının hemodinamik göstəriciləri təyin oluna bilə. Hamiləlik vaxtı doppleroqrafiya vasitəsilə dölün qan dövranı, habelə cift və göbək ciyəsi barəsində dəqiq informasiya almaq olar.
Ultrasəs müayinə üzrə proseduraların siyahısı
1. Hamiləlikdə ultrasəs müayinə
2. 3D/4D
3. Doppler müayinəsi
4. Ayrıntılı (detallı) ultrasəs müayinəsi 18-22 həftələrdə
5. Uşaqlıq boşluğunun patologiyalarının SİS (saline infusion sonography) ilə müayinəsi
“Elmed Tibb Mərkəzi“ – də aşağıdakı müayinələr aparılır:
•Yuxu arteriyalarının və vertebral arteriyaların doppler müayinəsi
•Aşağı və yuxarı ətraf arteriyalarının doppler müayinəsi
•Aşağı və yuxarı ətraf venalarının doppler müayinəsi
•Diz oynağının müayinəsi
•Yenidoğulmuşlarda bud-çanaq oynağının müayinəsi (displaziyasının təyini)

Endokrinoloqiya
Endokrin sistemin quruluşu, funksiyaları, xəstəlikləri bu xəstəliklərin yaranma mexanizmləri, profilaktika diaqnostika və müalicəsi ilə məşğul olan klinik sahədir.

Elmed Tibb Mərkəzinda endokrinologiya şobəsi, aşağıdakı müayinə və müalicələri həyata keçirir.
•Şəkərli diabet
•Gizli şəkər
•Hamiləlik və diabet
•Şəkərli diabet , təxirəsalinmaz hallar
•Çəkisi artıq olan uşaqlar
•Hipofiz vəzi və onun xəstəlikləri
•Böyrək üstü vəz və xətəlikləri
•Qalxanvari vəz və onun xəstəlikləri
•Artıq çəki və piylənmə
•Osteoporoz
•Mikrokristallik artritler
•Mastopatiya


Kardiologiya
Ürək-damar sisteminin xəstəlikləri bu günə qədər yaşlı insanların ölüm səbəbində və xəstəlikləri arasında birinci yerdədir. Ürəyin və damarların quruluşunu bilmək vacibdir, çünki normanı bilmədən patologiya haqqında fikir yürütmək olmaz.Elmed Tibb Mərkəzinda konsultasiya zamanı kardioiloq sizin sağlamlığınızın vəziyyətini kompleks şəkildə qiymətləndirəcək, lazım olan müayinələri məsləhət görəcək, bu da müalicənin düzgün və dəqiq aparılmasına gətirəcək.
LABORATORİYA
"Elmed Tibb Mərkəzi"-nin laboratoriyası müasir tibbin bütün tələblərinə cavab verən Almaniya istehsalı olan tam avtomat qapalı sistem analizatorlarla təchiz olunub. Laboratoriyada bütün növ kliniki, pzr, analizlər olunur.
Laboratoriya - (lat. laboratorium, laboro - "işləyirəm") müxtəlif xüsusi tədqiqatların (kimyəvi, fiziki, texniki və mexaniki) aparılması üçün müxtəlif cihaz və alətlərlə təchiz olunmuş otaq. Laboratoriyalardan ali məktəblərdə, istehsalat və tədqiqat müəssisələrində istifadə olunur.
Bütün nəticələr yüksək həssaslıq və dəqiqliklə ən qısa zamanda pasientlərə təqdim olunur. Bu avadanlıqlar Bioscreen, Roche, Sysmex, Nikon kimi məşhur brendlərə məxsusdur.
"Elmed Tibb Mərkəzi" – də laboratoriya şöbəsində 300-dən artıq geniş spektrli müxtəlif testlər aparılır.
Laborator diaqnostika aşağidakı bölümlərdən ibarətdir .
•Kliniki
•Biokimyəvi
•Koaqulopatoloji
•Hematoloj
•Seroloji
•Immunoloji və allerqoloji
•Hormonlar, onkomarkerlər, antitellər
•Mikrobioloji –bakterioloji
•Infeksion və zooinfeksion xəstəliklərin imunoferment analizi
Nevraloqiya
Nevrologiya mərkəzi və periferik sinir sisteminin xəstəlikləri ilə məşğul olan kliniki tibbi sahədir. Insan yaşlandıqca onun nevroloji xəstəliklərə tutulma ehtimalı artır, lakin müasir gənclər də sinir sistemi xəstəliklərinə kifayət qədər tez-tez məruz qalırlar.
•Əsəbilik
•Xroniki yorğunluq sindromu
•Yuxusuzluq
•Autizm
•Gərginlik baş ağrıları
•Klaster baş ağrıları
•Nevroz
•Migren
•Migrenin müalicəsi
•Medikamentoz dərman blokadaları
•Hipertoniya və insult
•Osteoxondroz
•İnsult
•İşemik və hemorragik insult
•İnsultların profilaktikası

Bu qeyd olunan tibbi şöbələrlə yanaşı Exokordioqrafiya, Funksional diaqnostika, Kosmetalogiya, Neyrosonoqrafiya,Oftamologiya,Ozonoterapiya,Pedriatriya, Ultrasəs müayinə və Terapiya şöbələri fəaliyyət göstərir. Saqlamlığınızı Elmed Tibb Mərkəzinın peşakar həkim heyyətinə etibar edin ! Elmed Tibb Mərkəzi - sizlər üçün yaranmışdır. Tam duzgün diaqnoz və lazim olan müayinələr və müalicə nəticəsində əldə olunan əvəzolunmaz sağlamlığ bəxş edir.

“Tereqqi.az”
xəbər informasiya portalı
Bəhruz Beyləqanlı
Ağamir Nəcəfoğlu