İsbatov özü bir yandan, oğlu da bir yandan... - İLGİNC FAKTLAR

Gündəm / Seçilmişlər
21-10-2022, 14:17 94


Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Bakı Şəhər Tikinti və Təmir” MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Tereqqi.az yeniavaz.com-a istinadla xəbər verir ki, tender müsabiqəsinin qalibi “Feniks-AA” MMC (VÖEN- 2000094981) olub.
Tender müsabiqəsinin şərtlərinə görə “Feniks-AA” MMC “Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mərkəzi Nəbatat Bağı”nın abadlaşdırılması işləri üzrə layihə-smeta sənədlərini hazırlayacaq. Abadlıq işləri üçün layihə-smeta sənədlərinin hazırlanmasına görə Bakı Şəhər İcra Hakimiyyəti “Feniks-AA” MMC-yə 580 min 300 manat ayıracaq.

Məlumat üçün bildirək ki, “Feniks-AA” MMC 06.11.2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Xətai rayonu, Məhəmməd Hadi, ev 152, m. 56-da yerləşir. Şirkətin qanuni təmsilçisi Aydınlı Aydın İlqar oğludur.
Onu da bildirək ki, Aydınlı Aydın İlqar oğlu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar Aydın oğlu İsbatovun oğludur. “Feniks-AA” MMC-yə 2008-ci ilə kimi İlqar İsbatovun özü rəhbərlik edib. 2008-ci ildə İlqar İsbatov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru təyin olunduğu üçün rəsmi sənədlərdə şirkət rəhbərliyini oğluna həvalə edib.
Qeyd edək ki, “Feniks-AA” MMC bugünə kimi dövlət qurumlarının keçirdiyi çoxsaylı tenderlərin qalibi olub.

Xatırladaq ki, bir neçə gün əvvəl İlqar İsbatovun özü ilə bağlı ilginc faktları təqdim etmişdik:

Qarabağın inşasında İlqar İsbatov TAMAHKARLIĞININ İSBATI... - İLGİNC FAKTLARMy Webpage

Buradan aydın olanı odur ki, İsbatovun özü bir yandan, oğlu da bir yandan büdcəmizə daraşıblar...

Məsələ ilə bağlı olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...