"Ombudsmanın səlahiyyətinin artırılması barədə müzakirələr..."- Səbinə Əliyeva

Gündəm / Cəmiyyət
3-12-2022, 11:49 222


Teleqraf.com Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə müsahibəni təqdim edir:

- Fransa parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi son qətnamə barədə fikirləriniz nədən ibarətdir?

- Fransa parlamentinin Azərbaycan əleyhinə qəbul etmiş qətnaməsini çox mənfi qiymətləndirirəm. Ombudsman Aparatı olaraq artıq öz mövqeyimizi bildirmişik. Hesab edirik ki, qətnamə ümumilikdə, beynəlxalq hüquq norma və prinsiplərinə ziddir. Birtərəfli və qərəzli yanaşmadır. Azərbaycan hər zaman beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq norma və prinsiplərinə hörmətlə yanaşıb, münaqişənin məhz bu prinsiplər əsasında həllini təklif edib. Lakin təəssüflə qeyd etmək istərdim ki, münaqişənin həllində vasitəçi qismində çıxış etmiş ölkələr beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərinin yerinə yetirilməsinə dəstək vermək əvəzinə bu normaların pozulmasına göz yummuş və ya şərait yaratmışdır. Fransaya gəldikdə isə, bu ölkənin yaxın keçmişdə törətmiş olduğu soyqırım və müstəmləkə siyasətini nəzərə alsaq ümumilikdə hansısa ölkənin insan hüquqları haqqında dərs verə və mövqe sərgiləyə biləcək sonuncu ölkə olduğunu qeyd edə bilərik. Azərbaycanın əzəli torpaqlarında Ermənistan hərbi-siyasi hakimiyyətinin törətdiyi müharibə cinayətlərinə mövqe bildirmək əvəzinə bu cür qərəzli münasibət bu ölkədə beynəlxalq hüququn süqut etdiyini göstərir.

- Hazırda parlamentdə müzakirələrdə Ombudsmanın səlahiyyətlərinin artırılması barədə fikirlər səslənir. Buna münasibətiniz necədir?

- Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununa ediləcək əlavə və dəyişikləri insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi baxımından əhəmiyyətli hesab edirəm.

Ətraflı
- Son zamanlar tez-tez müxtəlif bölgələrdə erkən nikahlarla bağlı faktlar açıqlanır, bununla mübarizə üçün təklifləriniz nələrdir?

- Biz bununla bağlı qanunvericiliyə dəyişikliklə əlaqədar müəyyən təkliflər irəli sürmüşük, həm də maarifləndirmə işlərini genişləndiririk. Mütəmadi olaraq bu məsələni öz fəaliyyətimizin prioritet istiqamətləri olaraq saxlayırıq.